0
Wednesday 22 January 2014 - 14:07

Prezidentin Gəncə səfəri əhaliyə zülm ilə müşayiət olunub

Story Code : 343770
Prezidentin Gəncə səfəri əhaliyə zülm ilə müşayiət olunub
Prezidentin Gəncə səfəri əhaliyə zülm ilə müşayiət olunub
Nəhayət ki, İlham Əliyevin Gəncəyə çoxdandır gözlənilən və bir sıra söz-söhbətlərə səbəb olan səfəri ötən gün baş tutdu. Hələ İlham Əliyevin Gəncəyə səfəri prezident seçkilərindən əvvəl gözlənilirdi. Hətta Gəncədə bəzi strateji idarələrin açılışı belə prezidentin gəlməməsi səbəbindən təxirə salınmışdır.

Prezidentin Gəncəyə səfərinin gecikməsi hətta İlham Əliyevin Gəncə şəhər icra başçısından narazı olmağı ilə əlaqələndirirdilər. Bir sıra sosial şəbəkə və xəbər agentliklərində hətta Gəncənin yeni icra başçısının kim olacağı haqqında müzakirələr aparılırdı. Bu şayiələrin yayılması heç də təsadüfi hal deyildi.

Gəncə şəhər icra başçısı Elmar Vəliyevin Gəncə əhalisinə tutduğu divan və haqsızlıqlar Gəncədən paytaxta xeyli sayda narazılıq ifadə edən məktubların getməsinə səbəb olmuşdur. Gəncəyə dəfələrlə şəhərin abadlığı məqsədi ilə külli miqdarda pul ayrılmasına baxmayaraq icra başçısı Gəncədə görülən abadlıq işlərini sahibkarların üzərinə qoymuş və bu abadlıq işlərinə ayrılan pullar isə naməlum şəxslər tərəfindən mənimsənilmişdir.

Gəncə həmişədən icra başçısı məsələsində yarımamışdır. Gəncənin əvvəlki icra başçısı olan və halhazırda Sumqayıt şəhərinin icra başçısı vəzifəsində işləyən Eldar Əzizov sahibkarlara zülm edərək hər kəsi öz mağaza və obyektinin fəsad hissəsini alkapon plastik lövhələr ilə örtməyə məcbur etmişdir. Hətta bir çox sahibkarlar banka kreditə girərək bu işi həyata keçirməyə başladılar. Elə ki, Eldar Əzizov icra hakimiyyətindən getdi və onun yerinə halhazırki icra başçısı Elmar Vəliyev gəldi bütün sahibkarlara əmr verdi ki, plastik üzlükləri sökərək bütün obyekt və idarələrin üzünü aqlay ilə örtsünlər. Plastik lövhələrə ödədikləri krediti qurtarmamış sahibkarların bu hal ilə üzləşməsi onların dərin narazılığına səbəb olub.

Bundan başqa icra başçısının yüksək vəzifəli şəxslər və şəhər ziyalıları da daxil olmaqla hər kəsə qarşı kobud rəftar etməsi narazılıqların daha da artmasına səbəb olmuşdur. Hətta Gəncə şəhər polis rəisi ilə icra başçısı arasında bu səbəbdən baş verən hadisələri hamı yaxşı xatırlayır. İnsanlara qarşı kobudluğuna və təhqirinə dözməyən polis rəisi icra başçısına etirazını bildirmiş və nəticədə hər iki dövlət məmurunun arasında mübahisəyə səbəb olmuşdur.

Elmar Vəliyev həmçinin İslam dininə qarşı olan müxalifətçiliyi ilə də məşhurdur. O icra başçısı gəldikdən sonra şəhərdə keçirilən məhərrəm – aşura yürüşlərinə qadağa qoymuş və məktəbli uşaqların məscidə get-gəl etməsinə imkan verməmiş və şəhərin fəal müsəlmanlarını təqib altına qoymuşdur.

Ötən gün prezidentin Gəncəyə səfəri baş tutdu. Bu səfər nəticəsində icra başçılarının əhaliyə qarşı zülmü kimdən öyrəndiklərinin şahidi oldum. Həmişə məmurları öz başınalıqda ittiham edirik və prezidentin xəbəri olmadan əhaliyə qarşı zülm etdiklərini fikirləşirik. Ancaq sən demə elə bu məmurlar öz zülmlərini rəhbərlərindən öyrəniblər.

Ötən gün demək olar ki, Gəncənin bütün yolları bağlanmışdır. Bütün Gəncə əhalisi yollarda sərgərdan qalmışdır. Əsəsən də əhalinin işə gedən vaxtı yolların bağlanması əhalinin daha da çox əziyyət çəkməsinə səbəb olmuşdur. Hər kəs – qoca, uşaq daxil olmaqla bu məsələyə görə öz narazılığını bildirirdi. Ancaq nə olardı ki, bu narazılıq tək dildə deyil, həmçinin əməldə olardı. İnşallah çox keçməz o günü də görərik.
Source : İslamtimes
Comment