0
Tuesday 29 July 2014 - 03:22

Bayram günündə qəzza qan rəngi tutdu

Story Code : 402081
Bayram günündə qəzza qan rəngi tutdu
Bayram günündə qəzza qan rəngi tutdu
Fələstinin Səhiyyə Nazirliyinin məlumatına görə, Qəzzanın qərbində Əş-Şati qəsəbəsində uşaq parkının bombardman edilməsi nəticəsində ən azı 10 uşaq həyatını itirib. Şəfa xəstəxanasına indiyə qədər 10 uşağın cəsədinin gətirildiyi bildirilir. Onlarla yaralının olması səbəbilə həlak olanların sayının artacağına dair narahatlıq var. Yerli jurnalistlərin verdiyi xəbərə görə, uşaqlar parkda oyun oynayarkən vurulub.

Fələstinin Səhiyyə Nazirliyinin sözcüsü Əşrəf əl-Kudranın verdiyi məlumata görə, İsrail rejimi daha bir raketi Şəfa xəstəxanasına atıb. Raket Şəfa xəstəxanasının bir divarını dağıdıb.

Əl-Kudranın verdiyi açıqlamaya görə, rejimin qırıcıları bu gün Xan Yunus şəhərində BMT-yə məxsus olan bir məktəb binasının da bombalandığını, nəticədə 5 nəfərin öldüyünü qeyd edib. Beləliklə, Qəzzada həyatını itirənlərin sayı ümumilikdə 1072 nəfərə yüksəlib. Bu gün ərzində Qəzzada 31 nəfər həyatını itirib, 140 nəfər isə yaralanıb.

Bu arada İsrail rejiminin cinayətkar baş naziri Binyamin Netanhayo əməliyyatları daha da genişləndirəcəklərini bəyan edib. BMT baş katibi Pan Gi Mun isə əməliyyatların davam etməsinin, xüsusilə bu günlər ərzində atəşkəsin olmamasının utancverici olduğunu qeyd edib.

HƏMAS sözcüsü Əbu Zuhri isə açıqlamasında İsrail rejiminin bugünkü əməliyyatlarının açıq-aydın hərbi cinayət olduğunu qeyd edərək, bununla rejimin müqaviməti qırmağa nail ola bilməyəcəyini qeyd edib. “Bu qətliam beynəlxalq ictimaiyyətin sionizmin cinayətləri qarşısında susmasının nəticəsidir. Lakin, biz bunun qisasını alacayıq”, - deyə HƏMAS sözcüsü vurğulayıb.
Source : Deyerler
Comment