0
Monday 18 August 2014 - 12:11

Almaniya: “Müstəqil kürd dövləti yarana bilməz”

Story Code : 405321
Almaniya: “Müstəqil kürd dövləti yarana bilməz”
Axar.az xəbər verir ki, “Bild am Sonntaq” qəzetinə müsahibə verən Ştaynmayer yeni kürd dövlətinin bölgəyə sabitlik gətirməyəcəyini bildirib. Onun sözlərinə görə, İraqın ərazi bütövlüyü qorunmalıdır: 
“Müstəqil kürd dövləti bölgədə gedən mənfi proseslərə bir az da rəvac verəcək. Və yəqin ki, İraqa qonşu olan dövlətlərlə yeni gərginliklərə səbəb olacaq. Türkiyə və Suriyada çoxlu sayda kürd yaşayır. Kürdüstan dövlətinin yaranması bu ölkələrin sabitliyinə də ciddi təsir edə bilər”. 
Almaniyanın baş diplomatı bölgədə vəziyyətin olduqca kritik olduğunu bildirərək, İraqın parçalanmaması üçün ölkənin bir şansının qaldığını vurğulayıb: 
“Heydər Əl Abadinin başçılığı ilə hökumətin qurulması İraq dövlətinin bütövlüyü baxımından bəlkə də son şansdır. Bunun üçün də bütün regionlar dinindən, təriqətindən asılı olmayaraq birləşməlidir
Comment