0
Tuesday 15 July 2014 - 03:01

İŞİD İsrailin müsəlmalara qarşı yaratdığı terror qrupdur

Story Code : 399473
İŞİD İsrailin müsəlmalara qarşı yaratdığı terror qrupdur
İran xarici işlər nazirinin Ərəb və Afrika ölkələri üzrə müavini Huseyn Əmir Abdullah bazar günü açıqlama verərək bildirib ki, əgər İŞİD iddia etdiyi kimi inqilabı və Sünni müsəlmanlarını müdafiə edən bir qrup olsaydı, bu zaman o indi bütün güc, silah və pulunu Həmas, İslami Cihad və digər Fələstin müqavimət qrupları ilə birgə İsrailə qarşı istifadə edərdi.

Əmir Abdullah əlavə edərək deyib: “Ancaq bu terror qrup artıq elan edərək bildirib ki, Tel Əviv rejimi tərəfindən zülmə məruz qalan sünni fələstinlilərə heç bir yardım etməyəcək.”

O deyib: “Sionist rejiminin Qəzza və Qərb Sahilində olan Fələstin xalqına qarşı zalımca hücumu və özünü müsəlmanların müdafiəçisi kimi qələmə verən İŞİD-in buna biganə qalması həqiqətdə bu qrupun Tel Əviv tərəfindən idarə olunduğu və müsəlmanlara qarşı istifadə edilir.”

Xarici işlər nazirinin müavini daha sonra sözünə davam edərək deyib ki, İslam Respublikası İsrail rejiminin hücumu qarşısında həm şiə, həm də sünniləri müdafiə edir.

8 İyul tarixindən etibarən İsrail Qəzza Zolağına qarşı kəskin raket hücumlarına başlayıb. Fələstinli mənbələrin bildirdiyinə görə altı günlük hücum nəticəsində 166 fələstinli qətlə yetirilmiş və 1100 nəfər isə yaralanmışdır.
Source : Islamtimes
Comment