0
Monday 20 October 2014 - 10:52

“PYD ilə ABŞ arasında iki ildir danışıqlar aparılır”

Story Code : 415474
“PYD ilə ABŞ arasında iki ildir danışıqlar aparılır”
APA-nın Türkiyənin “Hürriyyet” qəzetinə istinadən verdiyi xəbərə görə, bu barədə İraq mediasına müsahibəsində PKK-nın Suriyadakı qolu olan PYD-nin sözçüsü Nevaf Xəlil danışıb.  
N. Xəlil deyib ki, ABŞ Kobaniyə hərbi və əsgəri yardım etməyi qəbul edib: “PYD-nin həmsədri olan Salih Müslimin Parisdə ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Daniel Rubinsteynlə görüşündə əsas müzakirə mövzusu Kobaniyə silah göndərmək olub”.
Qeyd edək ki, ötən həftə ABŞ Xarici İşlər Nazirliyi (XİN) PYD ilə görüşlərə başladığını bəyan edib. Dünən isə ABŞ XİN PYD ilə əməliyyat məlumatlarını paylaşdıqlarını açıqlayıb. 
Comment