0
Thursday 24 July 2014 - 10:11

Şəhidlərin sayı 712-ə yüksəldi, daha 5 sionist hərbçisi öldürüldü

Story Code : 401217
Şəhidlərin sayı 712-ə yüksəldi, daha 5 sionist hərbçisi öldürüldü
İsrail rejiminin ordusu öldürülən əsgərlərinin sayının 33-ə yüksəldiyini rəsmən etiraf edib. Bundan əvvəl isə bu rəqəm 28 olaraq açıqlanmışdı. HƏMAS isə 65 sionist əsgərinin məhv edildiyini bildirir. Daha bir sionist əsgəri HƏMAS tərəfindən ötən gecə əsir götürülüb.
BMT isə İsrail rejiminin Qəzzada həyata keçirdiyi əməliyyatları araşdırmaq üçün xüsusi komissiya yaratmaq barədə qərara gəlib. BMT-də qəbul edilmiş bu qərar İsrail rejimi tərəfindən çox ciddi narahatlıqla qarşılanıb.
ABŞ Dövlət Departamentinin sözcüsü Marie Harf isə ötən gecə verdiyi açıqlamasında deyib: "Beynəlxalq arenada yalnız qalsaq belə, yenə də İsraili müdafiə edəcəyik"
Onlarla hərbçisinin öldürüldüyünü, yüzlərlə hərbçisinin yaralandığını, ən azı 2 hərbçisinin əsir götürüldüyünü görən İsrail rejimi HƏMAS-a atəşkəs çağırışı edib. HƏMAS isə cavabında deyib ki, Qəzzaya tətbiq olunan embarqo aradan qaldırılmayana qədər atəşkəs olmayacaq. /Deyerler/
Comment