0
Wednesday 16 July 2014 - 22:24

İsrail Hitler ənənəsini davam etdirir

Story Code : 399861
İsrail Hitler ənənəsini davam etdirir
İsrail Hitler ənənəsini davam etdirir
Ərdoğan çərşənbə axşamı günü parlamentdə hakim Ədalət və İnkişaf Partiyasının üzvləri qarşısında çıxışı zamanı deyib ki, İsrail bugün fələstinlilərin soyqırımını həyata keçirir və regionda dövlət terrorunu davam etdirir.

O həmçinin dünyanın Tel Əvivin Qəzzada həyata keçirdiyi cinayətlər qarşısında səssizliyini tənqid etmiş və demişdir ki, İsrail və Türkiyə arasında mövcud olan əlaqələrin normallaşması qeyri mümkündür.

Türkiyə baş naziri daha sonra İsrail millət vəkili Ayelet Şeykidi sosial şəbəkədə fələstinlilərin ölməyə layiq olduğu fikrini paylaşdığı üçün tənqid etmişdir.

Ərdoğan sual edərərk soruşub: “Bu soyqırımın Hitlerin həyata keçirdiyi soyqırım ilə fərqi nədir?”

İsrail 8 iyul tarixindən etibarən Qəzzaya qarşı hava zərbələri endirir. O tarixdən bəri İsrailin təcavüzü nəticəsind 200-dən çox insan qətlə yetirilib və BMT-nin verdiyi məlumata əsasən həlak olanların əksəriyyəti dinc vətəndaşlardır.
Source : Islamtimes
Comment