0
Thursday 2 January 2014 - 23:25

Qətər Suriyadakı məğlubiyyəti etiraf etdi

Story Code : 336914
Qətər Suriyadakı məğlubiyyəti etiraf etdi
Qətər əmiri Suriyadakı Müsəlman Qardaşlarına daxili ixtilaflara son qoymağı tövsiyə edib. Əmir Cenevrə 2 konfransı öncəsi  Suriya dövlətinin süqutuna ümid olmadığını vurğulayıb. Qətər əmiri yaxın günlərdə Suriya müsəlman qardaşlarını təmsil edən bir heyətlə görüşüb. Görüşdə Əli Bəyanuni və Xalid Məşəl iştirak edib. Şeyx Təmim Müsəlman Qardaşlarının Suriyada himayə olunmasını vəzifə kimi vurğulayıb və buna görə təşəkkürə ehtiyac olmadığını deyib. O deyib: "Müxalifət cəbhəsində ixtilaf yaranan zaman "Müxalifəti Himayə Komitəsi"nin üzvü olmuşam. Sabiq Misir hökumətinin Suriyada cihad elan etməsi, Ərdoğanın bu yöndə Mursiyə qarşı təzyiqlərinə qarşı çıxmışan. Hətta Amerikalılar bu mövzuda mənimlə razılaşırdı. Nəticə bu oldu ki, Suriya məsələsinə başı qarışan Mursi xarici məsələlərdən xəbərsiz qaldı. Qeyd edim ki, Əbu Vəlid Türkiyənin Suriyada cihad elan etməsi ilə razı idi. Misirdə mötədil İslam süquta uğradıqdan sonra Müsəlman Qardaşlarının layihəsinin süquta uğradığını görən Amerika Əsəd rejiminin hakimiyyətdə qalması ilə razılaşdı. Ağ ev düşünür ki, Əsədi zorla istefaya göndərə bilməz və Əsəd onların mənafelərinə zidd deyil. Demək, Suriya müxalifətinin Cenevrə 2 konfransına qatılmaqdan başqa yolu qalmır. Atam Suriyadakı müxalif qruplara tövsiyə etdi ki, Amerikanın mənafeləri daha mühüm olduğundan diplomatik yola üstünlük versinlər. Sıudiyyə Ərəbistanı da sonda ABŞ-ın istəklərinə tabe olacaq." Gənc Qətər əmirinin bəyanatları elə bir zamanda yayılır ki, Duhə ilə Dəməşq arasında gizli danışıqlar getdiyi barədə xəbər var. Qətər təzadlı bir addım ataraq Misir Müsəlman Qardaşlarını Ərəbistana satdı və Suriya Müsəlman Qardaşlarının himayəsindən bir şey qazanmadı.
Comment