0
Monday 2 June 2014 - 14:22

ABŞ-dan erməni separatçılarına şüurlu dəstək

Story Code : 388485
ABŞ-dan erməni separatçılarına şüurlu dəstək
Amerika Birləşmiş Ştatlarının Luiziana ştatının senatı mayın sonlarında keçirdiyi iclasda Azərbaycan Respublikasında guya ermənilərin qırğınlarını pisləyən qətnamə qəbul edib.
Yerli qanunvericilik orqanının üzvləri tərəfindən qəbul edilmiş qətnamədə ABŞ hökuməti Dağlıq Qarabağın müstəqilliyini tanımağa və müstəqil demokratik dövlətin inkişafını dəstəkləməyə çağırılıb. Senator həmçinin Azərbaycanda erməni xalqına qarşı törədilmiş “qırğın”lar və “vəhşiliklər”in qurbanlarının ailələrinə dəstək rəğbətini ifadə ediblər.
Qəribədir ki, “Dağlıq Qarabağ Respublikası”nın müstəqilliyini de-fakto tanıyan amerikalıların son zamanlar, xüsusilə də Ukraynada cərəyan edən hadisələr fonunda Qarabağa müstəqil dövlət statusu vermək istiqamətində atdığı addımlar , daha doğrusu “DQR”nin de-jure tanınmasına doğru başlanmış proses rəsmi Bakı tərəfindən ciddiyə alınmır və Birləşmiş Ştatlar onun nəzərində müttəfiq dövlət olaraq Azərbaycanın xarici siyasətində hələ də xüsusi çəkiyə malikdir. Və ABŞ-ın qanunvericilik orqanları tərəfindən səslənən fikirləri ya qulaq ardına vurur, ya da onları Ağ Evin rəsmi mövqeyi kimi görmək istəmir. Təkcə Azərbaycanın xarici siyasətinə və insan haqları məsələsinə irad bildiriləndə , Bakıdan dövlət səviyyəsində etirazlar qalxır. Bu günlər Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və ya YAP-ın yüksək çinli məmurları Novruz Məmmədov və Əli Həsənovun ABŞ-ı tənqid atəşinə tutmaları da məhz buna görə idi. Və Dağlıq Qarabağ konfliktində Birləşmiş Ştatların ermənipərəst mövqeyinə yalnız gileylik olundu.
Belə bir şəraitdə Qarabağ məsələsinin Azərbaycan Respublikası hökuməti üçün qırmızı xətt təşkil etmədiyini və yalnız insan haqlarını pozan rejim kimi tanınmaq istəmədiyini bilən Amerikanın hakim dairələri xristianlıq təəssübkeşliyini ortaya qoyaraq açıq aşkar ikinci erməni dövlətinin qurulmasına cəhd edir , bu işə hüquqi baza yaratmağa çalışırlar.
Bu istiqamətdə mayın ortalarında Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik öz Twitter səhifəsində münaqişə tərəflərinin Azərbaycan və Dağlıq Qarabağ olduğunu yazdı, Dağlıq Qarabağın birbaşa iştirakı ilə danışıqlar aparılmasına çağırdı. Bu da dolayısı ilə Amerikanın bu vaxta qədər daha çox illik maliyyə yardımları və ianələri ilə ayaq üstündə saxladığı Qarabağdakı separatçı rejimə siyasi dəstəyini ən yüksək həddə çatdırmaq anlamına gələ bilər.
Görünür, Amerika siyasətçiləri və parlamentarilərinin Dağlıq Qarabağ məsələsində fikir ayrılıqları yoxdur və onların hərəsi ermənilərə dəstək vermək üçün öz funksiyasını yerinə yetirir. Yəni əgər hökumət Qarabağ erməniləri üçün Vaşinqtonda siyasi nümayəndəlik açır , ATƏT Minsk Qrupu çərçivəsində ermənilərin müqəddəratını həll etmək üçün plan hazırlayır və referendum məsələsinin həmin plana salaraq müstəqilliyə hüquqi baza yaratmaq istəyirsə, konqres də erməni- yəhudi lobbi təşkilatlarının rəyini nəzərə alaraq separatçı rejimə hər il birbaşa maliyyə yardımı ayırır və ona ötən 22 ildə azı 2 milyard dollar dövlət yardımı ayırmışdır. Bu isə qondarma rejimin özünü idarə etməsinə , üzdəniraq müstəqilliyini qorumasına kifayət edər. Maraqlıdır ki, həmin konqres 1992-ci ilin oktyabr ayından Azərbaycan Respublikasını 907-ci qanun əsasında ABŞ-ın dövlət yardımlarından məhrum edib və yalnız rəsmi Bakının “anti-terror” kampaniyasında iştirak etdiyinə xatir bu qanunun icrasını müvəqqəti surətdə dayandırıb, bütövlükdə isə ləğv etməyə hazır olmayım və onun Domokl Qılıncı olaraq Azərbaycan Respublikasının başı üstündə saxlayıb. Halbuki ədalət naminə rəsmi Vaşinqton təcavüzkara qarşı ən azı sanksiyalar tətbiq etməli, və enerji xətrinə olmuş olsa da işğal olunmuş torpaqların azad edilməsinə köməklik göstərməli idi. Ancaq bunu etmədi və Azərbaycan Respublikası xalqına , eləcə də həm ABŞ-a həm də müəyyən mənada onun 5-ci kolonu sionist İsrail rejiminin Cənubi Qafqazda fironluğuna zəmin yaradan Əliyevlər hökumətinə xəyanət etdi.
İndi bu xəyanətin davamı olaraq Dağlıq Qarabağa dövlət statusunun verilməsi strategiyası qüvvəyə mindirilib. Hələlik isə bu məsələyə ştatlar səviyyəsində baxılır. Mayın 8-də Kaliforniya Şatatı Dağlıq Qarabağın müstəqilliyini tanıyan beşinci ştat oldu. Bundan öncə isə Men, Rod-Aylend, Masaçuset, Luiziana ştatları bu barədə qərar qəbul etmişdilər.
Təsadüfi deyil ki, ştatların bir-bir Dağlıq Qarabağı müstəqil dövlət kimi tanıması ilə paralel olaraq mərkəzi ABŞ-da yerləşən məşhur “Tripadvisor.com” turizm saytı Azərbaycanın Ermənistan tərəfindən işğal olunan Dağlıq Qarabağ ərazisini “Dağlıq Qarabağ Respublikası” kimi təqdim etmişdir.
Bütün bu xəyanətkar hərəkətlərdən belə qənaətə gəlmək olur ki, ABŞ hər nə qədər "Azərbaycan bizim strateji müttəfiqimizdir" desə də, bu iddia nə Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi prosesində, nə də digər məsələlərdə özünü doğruldub. Onun gələcəkdə öz siyasi xəttini dəyişəcəyi ağlabatan deyil.

Müəllif: Qəhrəman Nurani
Source : Islamtimes
Comment