0
Wednesday 22 January 2014 - 13:19

Gülən “Wall Street Journal”a müsahibə verdi

Story Code : 343781
Gülən “Wall Street Journal”a müsahibə verdi:
Ərdoğan islahat yolundan ayrıldı
Gülən “Wall Street Journal”a müsahibə verdi: Ərdoğan islahat yolundan ayrıldı
Həftə sonu “Amerikanın səsi” radiosuna müsahibə vermək istəmədiyi xəbərləriylə gündəmə gələn Fəthullah Gülən “Wall Street Journal”-a xüsusi açıqlamalar verdi. WSJ Gülənin sözlərini “Qərb ölkələrinin ağrılı bir bölgədə ən böyük müttəfiqi olan Türkiyənin siyasi və iqtisadi sabitliyinə təsir edə biləcək qəti ayrılıq siqnalları” olaraq xarakterizə etdi. Xəbər qəzetin İngiliscə və Türkcə internet saytlarında yer aldı.
Wall Street Journal Gülənin e-mail yolu ilə etdiyi açıqlamalarında “Ərdoğan islahat yolundan ayrıldı” ifadələrini önə çıxardı.

Xəbərə görə 17 dekabrda korrupsiya istintaqının başlamasından bu yana ilk dəfə belə açıqlamalar edən Gülən “Türk xalqı son iki ildir demokratik prosesin tərsinə dönmüş olmasından kədərlidir” ifadələrini işlətdi.
Gülən “İdeologiya, simpatiya və ya dünyagörüşünə görə edilən “təmizləmələr” indiki hökumətin sonlandırmaya söz verdiyi keçmişdən qalma tətbiqetmələrdir” dedi.

Alternativ meydana gətirməyə yaxşı baxdı, CHP-yə yox demədi

Joe Parkinson və Ayla Albayrağın hazırladığı xəbərdə aşağıda qeyd olunan bu açıqlama və ifadələr diqqət çəkdi:
- Fəthullah Gülən “Xidmət hərəkatının, ya da xaricdə “Camaat” deyə xatırlanan bu qurumun AKP-yə siyasi bir alternativin meydana gəlməsinə yaxşı baxdığına işarə etdi. Digər tərəfdən Gülən hərəkatınınn CHP-yə dəstək verə biləcəyi söz-söhbətlərini yalanlamadı.
- “Fürsət düşdüyündə Camaat üzvləri eynilə digər vətəndaşlar kimi seçkilərini dəyərlər üzərindən edəcək” deyən Gülən açıqlamalarına “İnsanlar seçkilərini öz dəyərlərini paylaşanlarla eyni istiqamətdə edə bilərlər” deyə davam etdi.
- Gülənin AKP ilə yolları ayırma qərarı iqtisadi sabitliyin yüksəldiyi, həyat standartlarının artdığı və Ankaranın təsirinin daha çox hiss olunduğu 10 ildən uzun bir müddətin ardından AKP ilə olan İslami mənşəli koalisiyada yaşanan boşluğun göstəricisi olaraq görülür.
- AKP mərkəzi idarə heyəti üzvü Osman Can etdiyi açıqlamada “Bu vəzifədən uzaqlaşdırmalar davam etməlidir, çünki Camaat üzvləri dövlətin xaricində bir qurumdan əmr alırlar, dövlət təşkilatların içində öz siyasətlərini icra edirlər” ifadələrini qeyd etdi.
- Gülən isə dəyişənin Ərdoğan hökuməti olduğunu söyləyərək “Dəyərlərimiz və ya duruşumuz dəyişmədi” şərhini etdi. Gülən “Siyasi aktyorların tutumunun və ya hərəkətlərinin köhnə hərəkətlərinə uyub-uymadığına Turk insanı və qərəzsiz müşahidəçilər qərar verməlidir” dedi.

2010-cu ildə də “Wall Street Journal”a müsahibə vermişdi

Türk mətbuatına da, ABŞ mətbuatına da nadir hallarda müsahibə verən Gülən 2010-cu ildə “Mavi Mərmərə” hadisəsindən sonra səssizliyini yenə “Wall Street Journal”da pozmuşdu.
O dövrdə Gülən “Mavi Mərmərə” donanmasının İsrailin icazəsi olmadan Qəzzaya yardım aparmasını tənqid etmişdi.
Source : İslamtimes
Comment