0
Friday 19 September 2014 - 16:08

Nyu Yorkda İranın nüvə müzakirəsi başlayır

Story Code : 410489
Nyu Yorkda İranın nüvə müzakirəsi başlayır
Axar.az RİA Novosti-yə istinadla bildirir ki, danışıqların bu raundu yeddinci olacaq. Ənənəvi olaraq danışıqlaın açılış mərasimi “Altılığın” (Rusiya, ABŞ, Fransa, Böyük Britaniya, Almaniya, Çin) özünün çərçivəsində müxtəlif formatlı görüşlərlə, eləcə də ikitərəfli və ekspert görüşləri ilə başlayacaq. Beləliklə, bu gün hazırlıq görüşləri günü olacaq, danışıqlar prosesi ilə sentyabrın 19-da BMT-nin binasında keçiriləcək.    
Danışıqlar sentyabrın 22-dək davam edəcək, lakin 24-dək uzadılması ehtimalı da var. BMT Baş Assambleyasının meydanında pozitiv nəticələr alındığı təqdirdə “Altılığın” İranla nazirlər səviyyəsində görüşləri də keçirilə bilər.
Comment