0
Tuesday 16 September 2014 - 09:33

Wall Street Journal: ABŞ koalisiya yaratmaq yolunda maneə ilə üzləşdi

Story Code : 409940
Wall Street Journal: ABŞ koalisiya yaratmaq yolunda maneə ilə üzləşdi
" Wall Street Journal" qəzeti ötən gün Parisdə İŞİD-lə bağlı baş tutan konfransda İranın iştirak etməməsinə işarə ilə bildirib ki, bu konfransda əsas məqsədlərlə bağlı heç bir razılaşma əldə edilmədi və ABŞ koalisiya yaratmaq yolunda böyük maneə ilə üzləşdi.
Qəzet yazır: "Ötən gün konfransda İraqın qonşularının, xüsusi ilə İran və Suriyanın İŞİD-ə qarşı mübarizədə iştirak edib-etməməsi ilə bağlı ixtilaflar yarandı. Bu isə ABŞ-ın terror qruplaşmasına qarşı koalisiya yaratmaq planını maneə ilə üz-üzə qoydu."
Sonda yalnız bəyanat verilərək bildirilib ki, İraqı İŞİD-lə mübarizədə dəstəkləmək lazımdır. Amma konfransın əsas hədəfi ABŞ-ın məntəqədəki müttəfiqlərini, yəni Türkiyə və Səudiyyə Ərəbistanını bu koalisiyaya qoşulmağa qane etmək idi ki, bu da mümkün olmadı!
Comment