0
Tuesday 16 September 2014 - 09:09

Ombudsman nümayəndələri Taleh Bağırzadəyə baş çəkiblər

Story Code : 409931
Ombudsman nümayəndələri Taleh Bağırzadəyə baş çəkiblər
Ziyarətin məqsədi cərimə təcridxanasında saxlanma şəraiti və məhbuslara qarşı davranış haqqında məlumatların araşdırılmasından ibarət idi. MPQ tərkibində həkim də olub.
 
MPQ nümayəndələri cərimə təcridxanasında saxlanılan 19 şəxslə görüşüblər. Onlardan 12-si əvvəllər ombudsmana müraciət edib.
 
Ombudsmanın mətbuat xidmətinin məlumatına görə, bu şəxslər saxlanma şəraitindən və onlara qarşı davranışdan şikayət etməyiblər. Lakin daha əvvəl onların nədən şikayət etdiyi açıqlanmır.
 
Daha sonra MPQ üzvləri ilahiyyatçı Taleh Bağırzadənin hüquqlarının pozulması haqqında müraciətlə əlaqədar olaraq onunla görüşüblər.
 
Ombudsman nümayəndələrinin iddiasına görə, Bağırzadə bildirib ki, ona iki yaxını ilə görüş verməyiblər. Bundan sonra cəzaçəkmə müəssisəsinin rəhbərliyi ilə Bağırzadənin sözügedən şəxslərdən biri ilə görüşməsinə icazə verilməsi məsələsi razılaşdırılıb.
 
Xatırladaq ki, Bağırzadə 31 mart 2013-cü ildə həbs edilib və qanunsuz narkotik saxlamaq ittihamı ilə 2 il müddətinə azadlıqdan məhrum edilib. Daha sonra ona İstintaq Təcridxanasında qadağan olunmuş əşyaları saxlamaq ittihamı ilə daha 4 ay cəza veriblər.
 
Lakin hüquq müdafiəçiləri onu hakimiyyətin din sahəsindəki siyasətini tənqid etdiyinə görə təqib olunan vicdan məhbusu hesab edirlər. /Meydan.tv/
Comment