0
Monday 21 July 2014 - 07:52

Abş və Azərbaycanda dini radikalizm

Story Code : 400624
Abş və Azərbaycanda dini radikalizm
Abş və Azərbaycanda dini radikalizm
Bu günə qədər mediyada sünni təriqətinə mənsub radikal qanaddan yazılıb və bu əqidəyə malik insanlara qarışı əməliyyat aparılıb, çox təəssüf ki, şiə yönümlü fəaliyyətdə olan radikal qanad hələ deşifrə olmayıb. Şiə yönlü radikal qanad barəsində müxtəlif vaxtlarda MTN və DİN tərəfindən axtarış dindirmə həyata keçirilsə də təssüflər olsun ki, dövlətdə olan müəyən adamlar bunları qoruyub.

Bu barədə redaksiyamıza məlumat verən mənbə deyib ki, alt yapısı Vaşinqtonda olan, İraq və Küveytdə bir başa ABŞ-ın kəşfiyyat idarəsinə bağlı olan, şiə yöndə formalaşan radikal qanad ”ziddi vilayyətçilər“ kimi tanınan islamçı qüvvələrdir.

Bu gün Azərbaycanda da fəallaşan “ziddi vilayyətçilər” dövlətin aparıcı qüvvəsindən və bir çox oliqarx məmurlardan maddi və mənəvi dəstək alıb və hal-hazırda da almaqda davam edir. Mənbənin redaksiyamıza verdiyi məlumata görə həmin ziddi vilayyət xətti adı altında dini fəaliyyətdə olanlar, bir çox qeyri-qanuni yolla fəaliyyət göstərən mədrəsələr, internet televiziyalar və kurslar işlədirlər.

Mənbəmiz bildirir ki, həmin icmalar əsasən Binəqədi, Nərimanov, Sabunçu və Qaradağ rayonlarında fəaliyyət göstərir. Ziddi vilayyətçi kimi tanınan hal-hazırda da İranda yaşayan Muhammed Kazimi 2007–ci ildə Azərbaycandan deportasiya olsa da, 2013-cü ildə qeyri-qanuni yolla Azərbaycana gəlmiş, bir aya yaxın burda qalmış, müəyyən dini mühazirələr söyləmişdir.

Qafqaz Müsəlmanları İdarəsindən ruhani kimi qeydiyyatdan keçməsələr də, hər hansı bir dini təhsil alması ilə əlaqədər sənədləri olmasa da ”ziddi vilayyətçilər” qeyri rəsimi olaraq Bakıda və digər rayon və kəndlərdə dini icmalar təsis edir və ruhani kimi fəaliyyət göstərirlər. Həmin insanlara Azərbaycanda ”qeyri məlum qüvvə” himayədarlıq edir. Mənbənin bu kimi sübutlarını nəzərə alıb əsas məsələ ilə, yəni bunların fəaliyyətinin nədən ibarət olması ilə bağlı məlumat almağa çalışdıq. Mənbə isə bildirdi ki, əsas hədəf Qafqazda və Azərbaycanda ABŞın marağını qorumaq olub. Həmin ziddi vilayyət xətti kimi fəaliyyət göstərən qeyri qanuni mədrəsələrin rəhbərləri ayrı- ayrı vaxtlarda ABŞda tolerantlıq adı altında konfranslarda iştirak edib və həmin konfranslara bir başa ABŞın Azərbaycandakı səfirliyinin xətti ilə gediblər. Demək olar ki, hamısına ABŞın fəxri vətandaşı adlı diplomlar verilib.

Bundan əlavə həmin icmaların sədrləri dəfələrlə ABŞın Azərbaycandakı səfiri ilə müxtəlif vaxtlarda ikili görüşlər və yaxud da həmin icma üzvləri ilə ABŞ səfiri görüş keçirmişdir.
ABŞ səfirliyinin dinlə bağlı layihələrini həmin icmalar həyata keçirmişlər. Həmin icma sədrləri əvvəllər çox kasıb olsalar da indi villalarda yaşayır və”inamarka” maşınlara sahibdirlər. Mənbə bildirir ki, bunlar hansı rayonda fəaliyyət göstərirlərsə həmin rayonun icra hakimiyyət orqanında olan və güc strukturlarının yaxınlarına nurçular kimi yaxınlıq taktikası seçərək məmurların və oliqarxların ailə üzvlərini öz hesablarına Kərbəla və Məşhəd ziyarətlərinə aparırlar, həmçinin onlara bahalı hədiyyələr verirlər.

“Ziddi vilayyətçilərə” müxalif olan adamlar həmin məmurların əli ilə zərərsizləşdirilir. Mənbədən bunu da dəqiqləşdirdik ki, hüquq mühafizə orqanları ayırı-ayrı vaxtlarda icmaya cinayət işi açılmasından dolayı məhkəmyə müraciət edib, axtarış aparıblar, yetərincə qanuna zidd fəaliyyət növü aşkar etsələr də amma heç nə edə bilməyiblər. Həmçinin bu radikal dini qrupa İraqda və İranda fəaliyyət göstərən ziddi vilayyət müctehidlərinin maliyyə dəstəyi etdikləri bildirilir. Azərbaycandakı “ziddi vilayyətçilərə” maliyyəni İrandan Ayyətullah Muhamməd Kazimi, İraqdan Şeyx Qamusi və Kuveytdən isə Şeyx Hani adlı insanlar çatdırırlar.

P.S. Gələn yazıda bu radikal dini qrupun Azərbaycandakı fəaliyyəti və bağlantıları haqqında daha geniş məlumat veriləcək.
Kərbəlayi Hüseyn
Source : Islamtimes
Comment