0
Sunday 20 October 2013 - 14:46

Suriyalı immiqrantların ifşaları!

Story Code : 312604
Suriyalı immiqrantların ifşaları!
Suriyalı immiqrantların ifşaları!
Üç il əvvəl başladılan “vəkalət müharibəsi” Suriyanı böyük dağıntının eşiyinə gətirdi. Əsasən də Əl-Qaidə və bənzəri silahlı qrupların idarəsinə keçən yerlərdə din pərdəsi altında təcavüz adi həyat halına gəlmiş vəziyyətdədir. Əcnəbilərin dərhal ölkələrindən çıxmasını istəyən suriyalılar Türkiyənin də müxaliflərə dəstək verməməsini tələb edərkən, etibarlı bir şəkildə ölkələrinə dönmək istəyirlər. Mətbuata da etibarları qalmadığını ifadə edən suriyalılar “Mətbuat bizim söylədiklərimizin tərsini yazır” deyirlər.

Suriyada davam etdirilən “vəkalət müharibəsi” ölkəni əlli il geriyə atarkən yerindən- yurdundan edilən xalq isə səfalətin pəncəsində həyat mücadiləsi aparır. Zəngin ailələr Suriyada olduğu kimi Türkiyədə də lüks həyat yaşayarkən, kasıb ailələr başını soxacaq bir yer tapa bilmir. Əllərində olanları xərcləyərək bitirən suriyalılar ya dilənçiliyə, ya da fahişəliyə sürüklənir. Yağışların yağması və havaların soyuması ilə birlikdə parklarda və küçələrdə yaşamağa məhkum olan xalq qorxu və qeyri-müəyyənlik içindədir.

Adını vermək istəməyən bir suriyalı bunları söylədi:
“... Kürdlər, ələvilər və xristianlarla bir yerdə yaşayırdıq. Aramızda heç bir problem yox idi. Amma indi hər şey dəyişdi. Mən sünniyəm bizim adımızdan qətliamlar törədilir. Din adamları qaçırılıb öldürülür. Kürdlərə qarşı cihad elan edilir. Halbuki bizim belə bir düşüncəmiz yoxdur. İndi bu xaricilər getsə belə, biz bir-birimizə düşmən olaraq qalacağıq. İnşallah edilənlərin məsulu olaraq görülmərik. Bu sözdə cihadçıların ölkəmizi tərk edəcəklərinə inanmıram. İraqda olduğu kimi məzhəb qarşıdurması daha da alovlandırılacaq, sünnilər adından ələvilər, ələvilər adından sünnilər, kürdlər adından ərəblər, ərəblər adından da kürdlər öldürüləcək. Canlı bomba qorxusundan xalq həmişə narahatlıq içində yaşayacaq. Bir-birimizə düşmən gözüylə baxacağıq. Təəssüf ki, biz artıq qardaş deyil, düşmənik ...”

“Bizə dəstək olmasanız nəticələrə qatlanacaqsınız!”
“Mən Hasekədə müəllimlik edirdim. Ölkəmizdə hər hansı bir qarşıdurma mühiti yox idi və hər şey normal davam edirdi. İlk olaraq Səudiyyə və İordaniyadan vaizlər gəldi. Xalqa cihaddan danışırdılar. Yaxında Baas rejiminə qarşı bir qiyamın olacağını, buna hazırlıqlı olun və mütləq dəstəkləyin deyirdilər. Bu vaizlər xüsusilə gənclərlə dialoq halında idilər. Əsasən də işləməyən gəncləri maaşa bağladılar. Ailələrinə pul verirdilər. Daha sonra bu Ərəb vaizlərle birlikdə ərəb olmayan şəxslər də bölgəyə gəlməyə başladılar. Bunların arasında Türkcə, İngiliscə, Fransızca və anlamadığımız başqa dillərdə danışan şəxslər vardı. 4-5 ay sonra Suriyanın müxtəlif yerlərində topladıqları gəncləri gətirdilər. Sonra gəncləri Türkiyəyə gətirdilər. Orada təhsil veriləcəkmiş. Hələ qarşıdurma mühiti yox idi və silahlı bir qrup mərkəzə yaxın kəndlərə girərək və onlara dəstək olunmasını istədikləri söz-söhbətləri yayırdılar. “Bizə dəstək olmasanız bunun nəticələrinə qatlanacaqsınız” deyə təhdid etmişdilər. Daha sonra bu qrup “Azad Suriya Ordusu” olaraq varlığını elan etdi. Bu qrup gecələri əsgər və polisə aid yerlərdə əməliyyat keçirirdi.”
“... Gedərək qarşıdurmalar yüksəlirdi. Biz xalq olaraq da ikiyə bölündük. Kimimiz ASO-nu , kimimiz də Rejimi, yəni ölkəmizdə bir döyüş mühitinə çevrilməsin deyə bu düşüncəni müdafiə edirdik. Daha sonra özlərinə cihadçı deyən qruplar gəldi. Bunlar da suriyalı deyildi, aralarında rusça danışanlar da vardı. Daha sonra bunların Çeçenistanlı olduğunu öyrəndik. Bu qruplar rejimlə döyüşməkdən çox, xalqa təzyiq tətbiq edirdi. Onlara dəstək olmayanlara işgəncə edirdilər. Küçə ortasında edamlar başladı. Bu tətbiq bütün bölgələrə yayıldı”

Sağ qalmaq istəyirsinizsə Türkiyəyə gedin!

Həsən K: “Qarşıdurmalar gedərək artırdı. İşə getməkdən qorxurduq. Çöldə vuruşa bilməyən bu qruplar şəhər mərkəzinə yerləşdilər. Ağır silahları məscidlərə yerləşdirdilər. Aralarında snayperlər vardı. Bunlar evlərin damlarında dayanırdılar. Xalqa atəş açmırdılar. Nə vaxt ki, əsgər şəhər mərkəzinə girdi, o zaman bu snayperlər küçədə gəzən vətəndaşları vurmağa başladı. Bəzi silahsız şəxslər bu edamları kameraya çəkirdi. Daha sonra öyrəndik ki, bu edamlar internet üzərindən yayılır və bu edamların rejim əsgərləri tərəfindən edildiyi deyilirdi. Halbuki xalqa atəş açanlar Əsədin əsgərləri deyil, daha əvvəldən şəhərə yerləşən və damlar üzərinə yerləşdirilən iti nişançı xarici teröristlərdir! Biz xalq olaraq çox gec oyandıq, lakin iş işdən keçmişdi. Türkiyədə düşərgələr qurulduğu və bu düşərgələrə yerləşməmiz istəndi. Can təhlükəsizliyimiz olmadığı üçün evlərimizi tərk etdik. Boşalan kəndlərə və şəhər mərkəzinə sözdə cihadçılar yerləşdi. Bizim yerimizə onlar artıq oranın mülki əhali idi. Türkiyədəki düşərgələrə yerləşdirildik. Ancaq daha sonra o düşərgələrdən çıxarıldıq. O düşərgələrə silahlı və hərbi formalı insanlar yerləşdirildi. Biz isə kimsəsiz bir şəkildə küçələrə atılıb Türkiyənin dörd bir tərəfinə dağıldıq. Gəldiyimiz yer bura, düşdüyümüz vəziyyət ortadadır. Nə edəcəyimizi bilmirik və çarəsizcə gözləyirik ...”

Zənginlər lüks evlərə, biz küçələrə ...
Rəhmə xanım: “Suriyada varlı deyildik, amma öz evimiz vardı. Kimsəyə möhtac deyildik, bura gəldik və əlimizdə nə varsa xərclədim. Kimsə bizə ev vermir, küçələrdə qaldıq. Uşaqlarımız təhsil ala bilmir. Çörək alacaq pulumuz yoxdur və dilənməkdən başqa bir variantımız qalmadı. Nə qədər zəlil bir vəziyyətdir, bunu anlaya bilməzsiniz. Bizim bu səfil halımızı fürsətə çevirmək və bədənimizdən faydalanmaq istəyirlər. Fahişəlik şəbəkələri bizim namusumuza göz dikir. Qızlarımız bu şəbəkələrin tələsinə düşür. Bizə vəd edilən heç bir şey edilmədi. Bizi başlı-başına buraxdılar. Allah bütün bunların hesabını soruşacaq.”

Səid R: “İş üçün bir çox yerə müraciət etdim. Mənə görə iş yoxdur, yoldaşım və uşaqlarım çalışır. Möhtac olduğumuz üçün çox ucuza işlədirlər. Həyat yoldaşım və üç uşağımın ümumi aylıq aldıqları ödəniş 700 manat. Konfeksiyonda çalışırlar. Ayın əvvəli gəldiyində pul yoxdur deyirlər və 200 manat verirlər. Bu pulla necə ev tutacağam?”

Hüseyn C: “Mən və ailəm 2 ildir Türkiyədə yaşayırıq. Əvvəl bizim üçün hazırlanan düşərgələrə yerləşdirildik. Türkiyə xalqı bizə kömək göndərirdi. Heç bir sıxıntımız yox idi. Yalnız gələcəyimizin necə olacağı barədə narahatlıq vardı. Evimiz, sürülərimiz və ərazilərimiz nə olacaq deyə... Bizi düşərgələrdən çıxardılar, yerimizə silahlı insanları gətirdilər. Bizə göndərilən yardımlar bu dəfə onlara verildi. Biz indi ortada qalmış vəziyyətdəyik. Türkiyə dövləti bizi çox pis aldatdı. Bizi zorla gətirdilər, ölkəmizdə olsaydıq daha izzətli bir həyatımız olardı. Ən pis ehtimal ölərdik, amma şərəfimizlə ölərdik. İndi nə şərəf qaldı, nə də geri dönməyə üzümüz”.

İslami təşkilatlar bizim adımızdan şöhrət qazanır...
“... Adlarını vermək istəmirəm, ancaq əvvəllər bizə hər cür imkanı təmin edəcəklərini söyləyən İslami təşkilatlar təəssüf ki, bizim adımızdan özlərini reklam edirlər. Adımızdan yardım toplayırlar, qurban yığırlar. Amma bu yardımlar bizə verilmir. Bu yardımlar Suriya xalqına verilmir. Aparırlar bizim ölkəni cəhənnəmə çevirən şəbəkələrə verirlər. Bu qədər pulu Suriyanı yıxmaq üçün xərclədilər. Halbuki, o pulla yeni bir Suriya qurmaq mümkün idi. İndi tək arzum ölkəmə qayıtmaq və bu xarici şəbəkələrə qarşı döyüşməkdir. Bizim ölkəni necə yıxdılarsa Allah da onların evini yıxsın...

Kimsənin yurdunun bizə vətən ola bilməyəcəyini anladıq
Süleyman T: “Ən böyük səhvimiz sizə demokratiya gətirəcəyik deyənlərə inanmaq oldu. Baas rejimi yaxşı deyildi, amma heç bir zaman bizə qarşı zorakılıq etmirdi. İnanc ayrı-seçkiliyi yox idi. Hər kəs inandığı kimi yaşayırdı. Lakin indi elə deyil. Sünnilərin də, Şiələrin də, Məsihilərin də canı təhlükədədir. Hər kəsi küçə ortasında öldürürlər. təəssüf ki, bu edamları edənlər Suriyalı deyil, bunların hamısı xaricdən gələn muzdlu qatillərdir. Qorxumuzdan onları dəstəkləyir kimi görünürük. Burada da müxaliflər pisdir, Əl-Qaidə pisdir dediyimizdə bizi incidirlər. İncitməsinlər deyə məcbur şəkildə Əl-Qaidə və şəbəkələrini müdafiə edirik. Bir parça çörək üçün vətənimizi muzdlu qatillərə satdıq. Bu şərəfsiz bir seçimdir. Bizə qapılarını açan bir Türkiyə var, lakin onun bizim vətənimiz ola bilməyəcəyini anladıq. Bizi sığınacaq axtaran şəxslərə çevirənlər, qaçqın və səfil bir həyata məhkum edənlər də Allaha hesab verəcəklər.

Hədəf üç ay idi, üç il olanda hesablar dəyişdi
“Bizi Türkiyəyə gətirdikləri zaman üç aylıq bir müddətdə qalacağımızı və bu müddət içində hər cür imkanın təmin ediləcəyinə dair söz verdilər. Bizə deyilən üç ay Əsədin devriləcəyi və Suriyanın gələcəyinin suriyalılar əlinə veriləcəyinə dair vəd idi. Müharibə uzandıqca imkanlar da qıtlaşdı. Gəldiyimiz nöqtə indi budur: səfalət və pərişanlıq! Üç il oldu qazanan olmadı, itirən isə Suriya və suriyalılar oldu. Türkiyə dövlətinə səslənirik: o müxalif deyilən Livanlılara, Səudiyyələrə, Çeçenlərə, Türkiyəlilərə, İordaniyalı və nə qədər xarici şəbəkələr varsa hamısına etdiyi yardımları kəssin. Bizi artıq bizə buraxsın, biz tələblərimizi və iradəmizi ortaya qoyaq. Ən pis şərtlərin bu günki şərtlərdən daha yaxşı olacağına inanırıq.”

Suriya xalqının gözlərində dərin bir peşmanlıqla birlikdə ümidsizlik hakimdir. Nə müxaliflərə etibarları var, nə bu saatdan sonra rejimə yarınmaq kimi bir vəziyyətləri. Onların gözündə artıq Suriya ikinci bir İraqdır”.
Bəli, Türkiyədə səfil halda yaşayan suriyalıların bir neçəsiylə etdiyimiz söhbətlər belə idi. Əcnəbilərin dərhal ölkələrindən çıxmasını istəyən suriyalılar Türkiyənin də müxaliflərə dəstək verməməsini və etibarlı bir şəkildə ölkələrinə geri dönmək istəyirlər.
Mətbuata da inamları qalmadığını ifadə edən suriyalılar: “Mətbuat nədənsə bizim söylədiklərimizin tərsini yazır” deyirlər hirsli və çarəsiz bir dillə.
Source : İslamtimes
Comment