0
Sunday 21 September 2014 - 09:38

Rusiya Avropa ölkələrini peşman edəcək

Story Code : 410803
Rusiya Avropa ölkələrini peşman edəcək
APA-nın “BBC”-yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiyanın baş naziri Dmitri Medvedev yerli telekanalların birinə müsahibəsində bildirib.  Medvedevin sözlərinə görə, sanksiyalar nə vaxtsa bitəcək, lakin Rusiyanın bazarını tərk etmiş avropalı tərəfdaşlar çətin ki buraya bir daha qayıda bilsinlər, çünki onların yerini rusiyalı və ya digər əcnəbi istehsalçılar tutacaq.  
Rusiyanın baş naziri Asiya və Latın Amerikasından Rusiyanın bazarında avropalı tədarükçüləri   əvəz etməyə çalışan sahibkarlara təskinlik verərək bildirib ki, Rusiyanın Avropa ilə münasibətlərinin normallaşacağı təqdirdə, onların buradakı mövqelərinə heç bir təhlükə yaranmayacaq.
Comment