0
Wednesday 9 October 2013 - 00:31

Doğru olan hansıdır?

Story Code : 309500
Doğru  olan  hansıdır?
Doğru olan hansıdır?
Allahın adı ilə

İslam dini ilə tanışlığının az olması səbəb olur ki,bəzi insanlar müasir qadınla geyimində dini vəzifələrini izləyib ona əməl edən(hicab geyinən) qadın arasınd çaşqınlığa düşürlər.Yəni,hicablı xanımı müasirlikdən kənar tutaraq geridə qalmış kimi qələmə verirlər.Kənardan izləyən səriştəsiz bir insan üçün bu gənc xanımların qirx dərəcəli istidə örtünməsini asanlıqla anlamaq çətindir.


Eləcə də inanclı və dindar olmayan,”əsas odur ki, ürəyin təmiz olsun” deyənlərin nəzərində bu günkü cəmiyyətdə hicab geyinib örtünmək ağılsızlıq və özünü yersiz qurban etmək kimi görsənməkdədir.Əlbəttə,onlara görə modern və inkişaf etmiş bir cəmiyyətdə müsəlman qadınının qapalı geyimi izah olunmayacaq dərəcədə anormaldır.Bir halda ki,qəzet və jurnallarda müasir dünyanın tələblərinə uyğun geyimlər,eynəklər,çəkmələr və çantaların hətta,hansı restoranlara gedib,nə cür yeməklər yeməli olduğumuza qədər dərc olunmaqdadır...

Öz alverləri xatirinə insanı adi mexanizmə çevirmək istəyən bir qrupun (sionistlərin) isə uydurduqları ilk əfsanə bundan ibarətdir ki,güya hicab taxmaqda olanlar öz fərqli geyimlərilə daha çox nəzərə çarpmaq istəyindədirlər.

Halbuki hicab taxmaq üçün bir çox xanımlar nə çətinliklərə dözüb valideyinləri ilə üz-üzə durmağa belə məcbur qalırlar.Rəfiqələri və həmyaşıdları hər gün bir geyim,bir macəra ardıyca qaçdığı halda hicablı xanım, günlərlə öz xərclik pullarını toplayaraq örtünməkçün geyim alır özünə. Yalnız kamil qapalı bir geyim də kifayətdir onun(hicablı xanım) üçün.Bircə bədənini yad baxışlardan gizlədib dininin buyuruqlarına əməl edə bilsin.

Digər tərəfdənsə valideyinlərin,qohumların aşırı təzyiqlərinə dözüb səbr etməli olur.”Özüvü nə günə qoymusan...başımıza nə oyun açırsan...qoca qadına bənzəyirsən...aləmi güldürdün bizə...dəli olmusan ?”kimi sözlər artıq qulağının sırğası olur.
Ananın hər dəfə evdən çıxarkən çantasını yoxlaması ki, “birdən örpək olar orda,küncdə bucaqda,hardasa başına atar qızım” düşünməsinə baxmayaraq nə qədər çətindir geyimini özüylə çıxartmaq ona?Avtobusda,metroda,küçədə ailəsindən biri,ya qohum,tanış ,bilişlə rastlaşıb onu hicabda görə biləcəyi iztirabı da bir yandan.....

Gətirdiyi dəlillərəsə heç qulaq verən də yoxdur.Avtomatik olaraq xərclikləri kəsilir,həyatı görülməmiş surətdə məhdudlaşdırılır,evin zindandan heç bir fərqi qalmır daha onun üçün.Dindar ailədə böyüyən qızlarla nisbətdə daha çətindir onun işi,mübarizəsi.Axı bu xanım qızı-gəlini küçədə çılpaq gəzib,hicab taxdığı üçün xor görülərək məktəbə buraxılmayan cəmiyyətin üzvüdür.

Məktəb yaşını çoxdan ötürüb unversiteti bitirmiş olsa belə fərq etmir.Lazım olan məsələlərdə valideyinləri üçün böyük ağıllı bir xanımdır.Bəs görəsən nədən hicab adı çəkiləndə körpələrdən də aciz hala salınır?
Sadəcə diqqət mərkəzində olmaq üçün dəyərmi bu qədər çətinliklərə?Məlum məsələdir ki,onun(hicablı xanımın) məqsədi bu deyil.

Görəsən nədən yayın istisində örtünən müsəlman qadınının geyimi bir çoxlarına anormal gəldiyi halda,qışın şaxtasında nazik kapron kalqotqalarla , titrəyə -titrəyə yarım metrə ətək geyinib,yaxası-başı açıq yağışın , qarın altında gəzənlərin geyimi adi qəbul olunur? İnsan ağlı özünə bu qədər zərər verib sağlamlığını təhlükə altına atmağı necə normal qəbul edə bilir?

“Hicab geyimində istiyə dözmək olmaz”deyənlərin nəzərinə isə çatdırım ki, qadın bədəni və orqanizminin tez alışıb adət etmək xüsusiyyətinə malik olması sübut olunmuş məsələlərdəndir.Qadınlar qısa bir müddətdə adət etmədikləri bir şeyə alışa bilirlər.Gerisi isə artıq onun inanc və əqidəsinə bağlıdır; istəsə dar və rahat olmayan geyimdə,üryan ayaqlarıyla buz üstündə dik dabanlı başmaqlarda gəzməyə,istəsə yayın qırx dərəcəli istisində günəşin öldürücü şüalarından və yad kişilərin nəzərindən qoruyan gen libas və örpəyə alışdıra bilər özünü.

Acı hәqiqәt bundаn ibаrәtdir ki,müasirlik adı altında bizim аrаmızdа mövcud оlаn vә Аvrоpа-Аmеrikаnı dа ötüb kеçmәk istәdiyimiz bu rüsvаyçı çılpаqlıq vәziyyәti qәrbin iyrәnc kаpitаlizm cәmiyyәtlәrinin sәciyyәvi хüsusiyyәtlәrindәn, pulgirlәrin, şәhvәtpәrәstlәrin vә qәrb sәrmаyәdаrlığının еybәcәr nәticәlәrindәn biridir.Təəssüflər olsun ki,müxtəlif bəhanələrlə din və inancımızı,mənəvi dəyərlərimizi kənara qoyan biz müsəlmanlar onlara bu sərfəli fürsəti vermişik və verməkdəyik.

Kövsər Nağıyeva
Source : Islamtimes
Comment