0
Sunday 31 August 2014 - 04:30

Polşanın Baş naziri Avropa İttifaqı Şurasının prezidenti seçilib

Story Code : 407475
Polşanın Baş naziri Avropa İttifaqı Şurasının prezidenti seçilib
APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Avropa Şurasının hazırkı sədri Herman van Rompuy özünün Twitter səhifəsində yazıb.
Donald Tuskun sözlərinə görə, onun təcrübəsi Avropaya yeni güc gətirəcək. “Hesab edirəm ki, bu gün Avropa İttifaqına alternativ yoxdur”, deyə Tusk bildirib.
Bundan əvvəl Brüsseldə keçirilən Avropa İttifaqının sammiti çərçivəsində İtaliyanın xarici işlər naziri Federika Moqerini Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə alı nümayəndəsi təyin edilib.
Comment