0
Tuesday 15 July 2014 - 04:47

Şeytan süfrəsində iftar

Story Code : 399475
Şeytan süfrəsində iftar
Şeytan süfrəsində iftar
Allahın adı ilə
Son bir həftədə işğalçı, qaniçən İsrailin məzlum Fələstin xalqına qarşı yenidən hücumlara keçməsindən yəqin ki, bir çoxlarınız xəbərdardır.Bu üzdən çox izaha ehtiyac duymadan əsas mətləbə keçməyin daha məqsədəuyğun olduğunu düşünürəm.

Artıq əksəriyyətə bəllidir ki,İsrail bütün cinayətlərində Amerika ilə şərikdir.Bu bizim üçün yeni və təəccüb doğuran bir xəbər deyil.Təəccübümə səbəb olan məlumat isə bir neçə gün öncə Amerikanın Azərbaycandakı səfiri Riçard Morninqstarın Bakıdakı iqamətgahında təşkil etdiyi iftar süfrəsində bəzi söz sahibi ilahiyyatçıları görmək oldu.

Əlbəttə,Qafqaz Müsəlmanları İdarəsinin nümayəndələri və Elşad Miri kimilərini bu cür bir məclisdə görmək yeni bir şey deyil bizlər üçün.Lakin adını hələ ki,hallandırmaq istəmədiyim din adindan çıxış edən insanların şeytan süfrəsində iftara əyləşməsi təəccüblü olduğu kimi bir o qədər də ürək ağrıdan və təəssüf doğurandır.Bu eyni Müaviyənin süfrəsində əyləşib iftar etməyə bənzəyir.Bəlkə də məsləyə bu qədər həssas yanaşmam sizlərə tam aydın olmaz deyə açıq bildirsəm daha düzgün olar məncə.

Necə ola bilər ki,bir insan müsəlman və üstəlik ilahiyyatçı olduğu halda Amerikadan olan maliyyələrin köməyilə mənfur İsrail tərəfindən haram olan Ramazan ayında Fələstində müsəlmanların körpə,qoca,qadın-qız demədən qanlarının axıdılmasını,evlərinin başlarına uçurdulmasını bilərək belə rahat şəkildə Amerikanın açdığı süfrə kənarında əyləşsin?!Siz indiki vəziyyətdə Amerika səfirliyi qarşısında onlara etiraz edib Fələstin xalqına dəstək verməli olduğunuz halda nə səbəb olub ki,onlarla bir süfrədə duz-çörək kəsirsiz?Biz buna nə ad verməli, nə düşünməliyik?

Halbuki,Amerikanın öz əhalisi belə qəsbkar İsrail zülmünə və bu işdə mənfur rejimə dəstək olmasına görə ABŞ hökumətinə qarşı etiraz aksiyaları keçirir.

Amerika səfiri adı çəkilən məclisdə Ramazan ayının hörmətindən sanki bu aya,müsəlmanlara çox dəyər verirmiş kimi danışıb gözdən pərdə asır.Digər tərəfdən isə İsrail ilə əlbir olub günahsız körpələrin qanını axıdırlar.QMİ-nin sədr müavini Salman Musayev də dili topuq çala-çala bu məclisdə”Bu günlərdə tökülən qanlara son qoyulması üçün dua edirik.Bir-birinə atəş açan hər iki tərəf buna son qoysunlar”deyir.

Hacı Salman Musayev!Görəsən siz həqiqətən də Fələstin xalqının günahsız yerə öldürüldüyündən xəbərsizsinizmi?Bəlkə olmayan vicdanınıza əl qoyub həqiqəti deyəsiz....Görünür Şeyxinizdən vicdan dərsini gözəl şəkildə almısız.

Sonda məni ən çox düşündürən sualı şeytan süfrəsində qonaq olanlara vermək istərdim.”Bu gün Fələstində külü çıxıb atəşlər içində yanaraq fəryad çəkən körpələrin yerində sizin övladlarınız olsaydı bu addımı bir də atardınızmı?Yenə Amerikanın yanında yer alardınızmı?”Unutmayaq ki,cəhənnəm atəşi daha yandırıcı və əbədidir!

Hətta Amerikanın hər bir yerində məscidlər tiksələr və minarələrin üzərinə” Allahu Əkbər” şüarlarını vursalar da belə heç vaxt” Ölüm olsun Amerikaya!” şüarını unutmayın. Çünki Amerika böyük şeytandır.
İmam Xomeyni(r)

İslamtimes
Source : Islamtimes
Comment