0
Monday 1 September 2014 - 11:44

Türkiyə üzərindən İsrail rejiminə reaktiv yanacaq satışı davam edir

Story Code : 407682
Türkiyə üzərindən İsrail rejiminə reaktiv yanacaq satışı davam edir
Tankerin yükünün qırıcı təyyarələrin istifadə etdiyi və reaktiv yanacaq kimi də istifadə edilən "gaz oil" olduğu məlum olub.
 
Deyerler.org "Aydınlık" qəzetinə istinadən xəbər verir ki, 23.770 grostonluq "oil/chemical" tipli Marşal Adaları bayrağı ilə üzən tanker bundan əvvəl 19 avqustda Mersini tərk edib. 21 Avqustda İsrail rejiminin Aşkelon limanına gedən tanker 24 avqustda oranı tərk edərək 25 avqustda yenidən Mersinə gəlib. 27 Avqustda isə istiqamətini Misirin Port Səid limanı kimi göstərən Morgane tankeri 28 avqustda sionist rejimin Aşdod limanına gedib. Mersin Beynəlxalq Liman Administrasiyasından bir səlahiyyətli tankerin Mersin limanından 27 avqustda kerosin alaraq limanı tərk etdiyini bildirib.
 
Qəzetiin apardığı araşdırmada tankerin Yunanıstanda fəaliyyət göstərən "Product Shipping və Trading S. A" firmasına məxsus olduğu, lakin firmanın işlərinin mərkəzi İstanbulda olan "Medbulk" adlı bir türk şirkətinin həyata keçirdiyi məlum olub. Medbulk firmasından bir səlahiyyətli gəminin marşrutunun Port Səid kimi göstərildiyini, lakin gəminin Aşdod limanına getdiyini təsdiqləyərək niyə belə bir yola baş vurulduğunu açıqlaya bilməyib.
 
Qəzzaya bombaların yağmağa başladığı günlərdə İsrail qırıcılarında istifadə edilən yanacağın Türkiyə üzərindən göndərildiyi ortaya çıxmışdı.
Comment