0
Thursday 17 April 2014 - 14:49

5 min fələstinli hələ də İsrail həbsxanalarındadır

Story Code : 374526
5 min fələstinli hələ də İsrail həbsxanalarındadır
5 min fələstinli hələ də İsrail həbsxanalarındadır
Çərşənbə günü Məhbuslar günündə nazirliyin yaydığı hesabatda deyilir ki, 5 min məhbusdan 476 nəfəri ömürlük həbs cəzasına məhkum edilib.
Fələstin İnformasiya Mərkəzi tərəfindən dərc edilən hesabatda həmçinin 19 fələstinli qadın və 200 uşaq da daxil olmaqla İsrail həbsxanalarında fələstinli məhbusların həyatları haqqında rüsvay edici məlumatlar açıqlanıb.
Hesabatda deyilir ki, bir çox fələstinli uşaqlar artıq İsrail həbsxana sistemi daxilində böyüyərək yetkinlik yaşlarına çatıblar.
180-dən çox fələstinli inzibati həbs şəraitindədir. Fələstin nazirinin verdiyi məlumata əsasən 22 İsrail həbsxanalarında 11 hüquq müdafiəçisi və bir neçə siyasi liderlər də saxlanılırlar.
Keçən on illik ərzində işğal edilmiş Qərb Sahili regionunda mövcud olan ictimai siyasi vəziyyət İsrail həbs kompaniyası vasitəsi ilə daha da gərginləşmişdir.
İnsan hüquq müdafiə təşkilatları deyib ki, İsrail rəsmiləri tərəfindən icra edilən həbslər beynəlxalq humanitar qanunların açıq-aşkar şəkildə pozulmasıdır.
Rəsmi Fələstin statistikaları göstərir ki, fələstinlilər İsrail həbsxanalarında ən dəhşətli şəraitdə saxlanılırlar və ölümcül işgəncələrə məruz qalırlar.
Məlumatda deyilir ki, fələstinli məhbuslar təkcə fiziki və psixoloji işgəncələrə məruz qalmayıblar, həm də bəzi vaxtlar ailə və uşaqlarının gözü qarşısında belə ictimai şəkildə alçaldılıb və işgəncə verilib.
Source : İslamtimes
Comment