0
Friday 24 October 2014 - 15:57

Ağ Evin mühafizə sistemi dəyişdi, qayda isə yox

Story Code : 416222
Ağ Evin mühafizə sistemi dəyişdi, qayda isə yox
Axar.az RİA Novosti-yə istinadla bildirir ki, bu barədə Ağ Ev nümayəndəsi Coş Ernest bildirib. 
“Ağ Evi mütləq ictimaiyyət üçün qorumaq lazımdır. Bu məsələdə ilk növbədə ABŞ prezidenti və onun ailəsinin, eləcə də administrasiyanın əməkdaşlarının təhlükəsizliyi məsələsi prioritet olmalıdır”, - deyə Ernest bildirib. 
Prezidentin mətbuat katibi qeyd edib ki, təhlükəsizlik xidməti ekspertləri tədbirlər paketini incələyir: buraya həm təhlükəsizlik sisteminin texnoloji tərkib hissələri, həm də fiziki maneələr, misalçün “hasarlamalar” nəzərdə tutulub. Onun sözlərinə görə, əsas mühafizə ilə bağlı qarşıya qoyulan vəzifə ilə yanaşı, Ağ Evin dəyişməz statusunu – xalq evi statusunu da qoruyub saxlamaq lazımdır. Belə ki, hər gün neçə-neçə turistlə yanaşı, minlərlə amerikalı öz hökumətlərinin icraedici qolunu iş başında görmək üçün buraya gəlir. 
Xatırladaq ki, bir müddət öncə silahlı şəxsin Ağ Evə daxil ola bilməsi mühafizənin gücləndirilməsi məsələsi gündəmə gətirib.
Comment