0
Thursday 17 April 2014 - 14:59

İran qonşuları üçün güvənilir müttəfiqdir

Story Code : 374535
İran qonşuları üçün güvənilir müttəfiqdir
İran qonşuları üçün güvənilir müttəfiqdir
Cümə axşamı günü İran xarici işlər nazirinin Ərəb və Afrika ölkələri üzrə müavini Huseyn Əmir Abdullah Fars Körfəzi regionunda kollektiv əməkdaşlığı yüksək dəyərləndirmiş və bildirmişdir ki, İran bu növ əməkdaşlıqları müsbət şəkildə qarşılayır.
O həmçinin regional təhlükəsizliyin yaradılmasının mühümlüyündən danışımış və bildirmişdir ki, hərkəs təhlükəsizlik və bütün regionu və dünyanı təhdid edən ekstremiz, məzhəbçilik və terrorizmin mənbəsinə qarşı mübarizədən xeyir əldə edəcək.
Əmir Abdullah deyib: “Region dövlətləri inkişaf və təhlükəsizlik yolunda o vaxt uğur qazana bilər ki, kollektiv əməkdaşlığı və ictimai münasibətləri inkişaf etdirsin.”
İranın yüksək vəzifəli rəsmisi həmçinin İran və Birləşmiş Ərəb Əmirlikləri arasında imzalanan Anlaşma Memarendumu və İran xarici işlər naziri Muhəmməd Cavad Zərif və Əmirlik rəsmiləri arasında 2-ci İran-BƏƏ Yüksək İqtisadi Komitəsinin Əbu Dabidə keçirilən iclası zamanı təşkil edilən görüşləri alqışlamışdır.
Əmir Abdullah deyib ki, görüşün sonunda əldə edilmiş razılıqların həyata keçirilməsi Tehran – Əbu Dabi əlaqələrini strateji münasibətlərə çevirəcək.
Çərşənbə günü Əbu Dabidə Zərif və Əmirliyin xarici işlər naziri Şeyx Abdullah bin Zayed əl Nahyan arasında təşkil edilən görüş zamanı İran xarici işlər naziri İran və Birləşmiş Ərəb Əmirlikləri arasında mövcud olan ikitərəfli əlaqələrin daha da möhkəmləndirilməsi üçün bütün imkanlardan istifadənin mühümlüyündən danışıb. O həmçinin iki ölkə arasında ticari əlaqələrin də daha da inkişaf etdirilməsinə səsləyib.
Əmirlik xarici işlər naziri isə öz növbəsində deyib ki, BƏƏ və İran arasında olan əlaqələr tarixə dayanır və əməkdaşlıq və hörmət əsasında formalaşıb və bu əməkdaşlıq regionda təhlükəsizliyin və stabilliyin bərpası üçün xeyli işlər görə bilər.
Comment