0
Wednesday 18 September 2013 - 22:59

Nə üçün Obama Suriyaya hərbi müdaxilədən geri çəkildi?

Story Code : 303147
Nə üçün Obama Suriyaya hərbi müdaxilədən geri çəkildi?
Dəməşq Homəsində 21 avqustda kimyəvi silah tətbiqindən sonra böyük səs-küy yarandı. Bunu Əsədin ayağına yazıb Suriyaya hücum etmək istədilər. Qəfildən müharibə hay-küyü dayandı, bu barədə qərar Konqresin ixtiyarına verildi. 
 
Bu mövqe dəyişikliyi çoxlarını təəccübləndirdi. Çünki hücum bəyanatı birdən-birə kəsildi. Nə idi bunun səbəbi? Hansı amillər və ünsürlərlə bağlı idi? Obama birinci prezidentlik dövründə öz sülhsevər çıxışlarına görə nobel mükafatı aldı. Hazırda ABŞ əhalisinin 56 faizi onu istəmir. Bunun səbəbi İraq və Əfqanıstanda müharibələrdən sonra ABŞ əhalisinin xüsusi ilə Yaxın Şərqdə müharibə istəməməsidir.
 
CNN-nin, Wall Street jurnalının, Gallup institutunun müxtəlif sorğularının nəticələrinə görə Amerika əhalisi Vaşinqtonun Suriyaya hərbi müdaxiləsinə qarşıdır. Xalq istəyir ki, Ağ Ev Suriya xalqına ya dostcasına kömək etsin, ya da münaqişə diplomatik yolla həllini tapsın.
 
Olsun ki, ictimai fikirin ABŞ-ın xarici siyasətinə qarşı olmasının səbəbi ölkədəki iqtisadi problemlərdir. Son bir neçə ildə ABŞ rəsmiləri Wall Street aksiyaları ilə üzbəüz gəldi. Bu etirazların arxasında ağır iqtisadi vəziyyət dururdu. Şübhəsiz ki, Vaşinqtonun növbəti müharibəyə başlaması vergi ödəyicilərinin yükünü daha da ağırlaşdıracaq. Obamanı fikrindən danşındıran digər bir səbəb tarixi müttəfiqi Britaniyanın mövqeyi oldu. Britaniya parlamenti gözlənilmədən Devid Kameronun layihəsi ilə Suriyaya hərbi müdaxilədə iştirakdan imtina etdi. Britaniya parlamenti nümayəndələrinin əsas arqumenti Bəşar Əsəd dövlətinin kimyəvi silahdan istifadəsini təsdiqləyəcək lazımi sübutların olmaması idi. Layihənin əsas müxalifi olan işçi partiyası bu əqidədə idi ki, hücum üçün ciddi dəlillər olmalıdır. Digər tərəfdən təhlükəsizlik şurasının razılıq verməməsi və Suriyada müharibə alovunun bütün regionu bürüməsi təhlükəsi nümayəndələrdə tərəddüd yaratdı. Beləcə Britaniya parlamenti Suriyaya hücuma qarşı çıxdı. Bu qərar Obamanı çıxılmaz vəziyyətə gətirdi. O məsələyə yenidən baxmaq qərarına gəldi. Təbii ki, Obama bunu açıq demədi, Konqresi ortaya atdı. O bununla öz səhv addımının məsuliyyətini bölüşmək istəyirdi. 
 
20-lərin toplantısında həmkarları, xüsusi ilə Vladimer Putinin razılığını əldə edəcəyini düşünən Obama növbəti uğursuzluqla qarşılaşdı. Rəsmi Çin mətbuatının yazdığına görə 20-lər Suriyaya hücumla bağlı şübhələrini ortaya qoydular. Baxışlar arasında ciddi ziddiyyətlər vardı. 
 
Bütün bunlardan əlavə belə bir ehtimal var ki, ABŞ Əl-Qaidənin meydanında oynamaq istəmir. Ağ Ev əsədi əvəz edə biləcək qüvvəyə münasibətdə şübhədədir. Əl-Qaidə və Ən-Nüsrəyə yaxın təkfirçilərin hakimiyyətə gəlişi ABŞ-ı qorxudur. Başqa bir səbəb budur ki, Obama hərb adamı kimi tanınmaq istəmir. 8 illik hakimiyyəti dövründə müharibə alovunu qızışdırmış Corc Buşdan sonra Obama sülhsevər kimi tanınmaq imkanı əldə edib. O nobel alıb və çoxları onu bu mükafata layiq bilmir. “Daily Beast” belə bir sorğu keçirib ki, nobel sülh mükafatından sonra Suriyaya hücumu Obama necə şərh edəcək? Hətta bu mükafatın ondan alınması ilə bağlı tələblər səsləndi. Bəli, ABŞ növbəti əsassız hərbi müdaxilə ilə nüfuzunu tam əldən vermək istəmir. Yuxarıda sadalanan bütün amillər sonda Obamanı Suriyaya müdaxilə fikrindən daşınmağa vadar etdi. 
Comment