0
Thursday 4 October 2012 - 15:21

Sağlam cəmiyyətə aparan yol... (ikinci hissə)

Story Code : 199559
Sağlam cəmiyyətə aparan yol... (ikinci hissə)
Sağlam cəmiyyətə aparan yol... (ikinci hissə)
Allahın adı ilə...
Gəlin uzun ömürlü olan binaların birinə nəzər salaq. Bu binanın davamlı, yaraşıqlı və keyfiyyətli olma səbəblərini araşdırsaq görərik ki, bu səbəblərdən ən mühümləri binanın tikilişi üçün istifadə olunan materialların yüksək keyfiyyətinə, tikilişin diqqətli və tədbirli olmasına gətirib çıxarır. Əgər ailənidə belə binaya bənzətsək müşahidə edəcəyik ki, sağlam və nümunəvi bir ailənin bu yerə gəlib çıxması elə ailə üzvlərinin əlindədir.


İndisə sağlam və gözəl bir ailənin bu xoşbəxtliyə çatma səbəblərini araşdıraq. Binanı möhkəm saxlayan dirəklərin olduğu kimi ailənidə müəyyən dirəklər saxlayır və yüksək səadət nöqtəsinə nail edir. Nümunəvi və sağlam bir ailənin dirəklərini möhkəmlədən amillərin bir neçəsinə nəzər salaq:

Kişi və qadının bir-birinin müqabilində vəzifələrini bilmələri və buna əməl etmələri o cümlədən, qarşılıqlı məhəbbət, gülər üzlülük və qəzəbi gizlətmək, ehtiram etmək, xoş-əxlaqlı olmaq, qəmli günlərdə bir-birinə sirdaş olmaq, təşəkkür və qədir bilməklik, hər bir işdə Allaha təvəkkül etmək, ev mühütündə günaha yol verməmək və ya günahın qarşısını almaq, əhdə vəfa etmək, səbirli və təmkinli olmaq, ibadətlərin yerini başqa bir işlə əvəz etməmək ya ibadətlərin vaxtını dünyəvi işlərə görə gecikdirməmək, yalan danışmamaq, bağışlamağı bacarmaq, həya libasını əldə etmək, böyük problemlərdə dözümlü və səbirli olmaq, həyat yoldaşının ailə üzvləri və böyüklərinə hörmət və səmimilik göstərmək, ailə üzvlərinə tez-tez hədiyyə almaq ilə sevindirmək, ailənin süquta uğramasına səbəb olan böyük amillərdən biri olan qısqanclığı aradan aparmaq və sair...

İndi isə sadalanan amillərin bir neçəsinə daha diqqətlə yanaşaq:
1- Qarşılıqlı məhəbbət.
Bir ailədə ki, həqiqi məhəbbət hökm sürür və kişi və qadın öz vəzifələrini bilirlər, bu ailə xoşbəxt bir ailə hesab olunur. Qadının mühüm vəzifələrindən biri evdarlıqdır. Qadın xoş əxlaq və xoş rəftarla öz yoldaşının razılığını əldə edə bilər. Bununlada ailə sahibi olan ata, rahat və arxayınçılıqla ailəsini təmin etməkdə müvəffəqiyyət əldə edə bilər.

Ailənin səadət və xoşbəxtçiliyi qadının əlindədir. Cəmiyyətdə yaranan bir çox fəsadların səbəbi ailədə olan yersiz söz-söhbətlərdir ki, nəticədə ailənin dağılmasına gətirib çıxarır və buda sağlam bir cəmiyyətin yaranmasına mənfi təsir qoyur. Yaxşı ana və yoldaş öz ailəsini və övladlarını səadət dağının zirvəsinə ucalda bilər. Böyük insanların həyatına diqqət etdikdə qadının ailədə olan təsirinin şahidi oluruq ki, böyük nailiyyətlərin əldə olunmasında misilsiz əməyə malikdirlər.

Ana əgər Allahın, Peyğəmbərin (s) və məsum İmamların (ə) ailə haqqında göstərişlərinə əməl edərsə hətta yoldaşı pis-əxlaqlı olarsa belə ona gözəl-əxlaq libasını geyindirə və həmçinin övladlarının tərbiyyəsində mühüm rol oynaya bilər ki, buda sağlam bir cəmiyyətin yaranmasında ən mühüm amillərdən biridir. Necəki, Həzrət Əli (ə) buyurub: “Qadının cihadı evinin içində düzgün evdarlıq etməkdir”.

Ailə sahibi olan atanında mühüm vəzifələri vardır. Allah-taala kişini evin böyüyü və ailə başçısı təyin etmişdir. Bu barədə Qurani Kərimdə oxuyuruq: “Kişilər qadınların ailə başçılarıdır çünki, Allah bəzi insanları digərlərinə nisbətdə üstün qərar vermişdir.” Bəs gərək ev sahibi tədbirlə ailəni idarə etsin ki, nəticədə lazımı səadəti əldə etməyi bacarsın. O bilməlidir ki qadın yalnız məişət və təmizlik işlərini yerinə yetirmək üçün yaradılmayıb bununla bərabər onun hər bir çətin günündə şəriki və qəm-qüssəsini böləcək biridir.

O gərək öz ailəsinə həmişə diqqət edərək lazım olan ehtiyaclarını ödəsin və bu ailə sahibinin ən mühüm vəzifələrindən biri sayılır. Rəftar və davranışlarına diqqət etməli və bununlada ailəsinin razılığını əldə edərək sakit və mənalı bir həyata sahib ola bilərlər. Ailənin səadətə çatmasının bir çox sirləri vardır ki onları əldə etməklə məqsədə çatmaq mümkündür. Bu sirlərdən biri ailədə olan səmimi və həqiqi məhəbbətdir.

Qurani-Kərimdə də qadın və kişi arasında olan məhəbbətə işarə olunmuşdur. Quran bu barədə buyurur: “Allahın nişanələrindən biridə sizin üçün yoldaş göndərməsidir və bununlada onların kənarında aramlığa çatasız və sizin aranızda dostluq və mehribanlıq yaratdı”. İnsanlar arasında olan məhəbbət hissi fitri və zatı bir hisdir. Bunuda bilək ki, həqiqi məhəbbət iki tərəfli olmalıdır belə olmazsa xoşa gəlməz sonluq gözlənilir. Məhəbbət hissini Allah hər bir insanın vücudunda qoyub hətta özünün bəndələrinə olan məhəbbətindən Qurani-Kərimdə söz açıb. Ailədə hər nə qədər səmimi və həqiqi məhəbbət hökm sürərsə o qədərdə ailənin dirəkləri möhkəmlənər. Odur ki, məhəbbət xoşbəxtliyin açarıdır. İmam Rza (ə) buyurub: “Bəzi qadınlar ərləri üçün qiymətli bir qənimət hesab olunurlar və onlar həyat yoldaşlarına öz məhəbbətlərini bildirirlər”.

2- Gülər üzlülük və qəzəbi gizlətmək

Həzrət Mühəmməd (s.v.v) buyurur: “Möminlər və yaxınlarınızla gülər üz və xoş əxlaqla rəftar edin. Çünki bu əxlaqa riayət etmək, məhəbbətin güclənməsinə və qəlblərin ələ alınmasına səbəb olar.” Heç kəs sərt üzlə üzləşdiyində sevinməz və bu işi heç kəs bəyənməz. Gülər və xoş üzlülük qəlblərdə olan qəm-qüssəni və kin-küdurəti aradan aparar. Hər bir ev sahibi evdən bayıra çıxdıqda müxtəlif cür problemlərlə qarşılaşacağını bilməlidir. İş mühütündə əhval-ruhiyyəsinin dəyişməsi o demək deyildir ki, evədə qayıdanda elə o mənfi əhval-ruhiyyə ilə qayıdsın. Evin qapısına yaxınlaşdıqda bir anlıq dayanaraq düşünməlidir ki, bir neçə saatdır evdən çıxıb, indi onu ümid və intizarla gözləyən ailəsi vardır. Ailə, atanın xoş əxlaq və təbəssümlə qapını döyüb mənzilə daxil olmasını gözləyirlər. Çalışaq bu əxlaqa özümüzdə daha çox yer verək.

Bunuda bilək ki, bu vəzifələr iki tərəflədir və təkcə evi idarə edən kişinin öhdəsinə düşmür, bəlkə evin xanımıda bu vəzifələri yerinə yetirməkdə vəzifəlidir. Qadında yaxşı olar ki, yoldaşını qarşılamaq üçün gülər üzlə və xoş sima ilə evin qapısını açsın. Necə ki, Həzrəti Fatimeyi-Zəhra (s) özü, Həzrəti mövla Əli (ə) evə daxil olanda qapını açar və xoş üzlə xoş gəldin deyərdi. Hətta Əmirəlmömenin Əli (ə) buyurur ki, Fatimənin (s) bu işi bütün çətinliklər və müşkülləri yaddan çıxarardı. Yəni saleh həyat yoldaşın, insanın həm dünya və həmdə axirət səadətinə çatmasında misilsiz rolu var və dünya səadəti axirət səadətinə çatmaq üçün bir körpüdür. Allahın öz bəndələri üçün din göndərməsi elə adı çəkilən hər iki səadətə çatmaq üçündür. Nəticədə sağlam bir cəmiyyətin formalaşması insanın səadətə çatmasındadır. (K.F)
Message 15 of 42

ARDI VAR

İSLAMTİMES
Source : İslamtimes
Comment