0
Saturday 21 August 2010 - 16:45

AMERİKA İRAQDA MƏQSƏDİNƏ ÇATDI?

Story Code : 34946
AMERİKA İRAQDA MƏQSƏDİNƏ ÇATDI?
dünən gecə ABŞ Silahlı Qüvvələrinin sonuncu döyüş briqadası İraqdan Küveytə yola düşüb. Amma ABŞ ordusundan təxminən 50 min hərbçisinin gələn ilin sonunadək İraqda qalacağı bildirilir. Onların vəzifəsi İraq hərbçilərinin əməliyyatlarının dəstəklənməsi olacaq. Xatırladım ki, 2003-cü ildə İraqda əməliyyat başlanandan ABŞ hərbçiləri 4415 min nəfər itiriblər.

Mövzu ilə əlaqədar suallarımızı cavablandıran Azərbaycan Demokrat Partiyasının (ADP) sədr müavini Həsrət Rüstəmov FaktXeber.com-a bildirdi ki, Amerika ordusu İraqı nə vaxtsa, tərk etməli idi: “Çünki, İraq Birləşmiş Ştatların bir parçası deyil, müstəqil dövlətdir. Ona görə də orada uzun müddət qala bilməzdi. Hesab edirəm ki, ABŞ qoşununun İraqı tərk etməsi vəziyyətin sabitləşməsi ilə bağlı deyil. Qoşunun orada saxlanılması böyük xərc tələb edir. Eyni zamanda demək olar ki, hər gün Amerika əsgəri ölür. Bu da ABŞ-ın ictimai rəyində indiki hakimiyyətə qarşı ciddi antipatiya yaradır. ABŞ hökuməti bu baxımdan İraqdakı kantingenti azaltmağa məcbur idi”.

H.Rüstəmov hesab edir ki, Amerikanın İraq hökuməti haqqında irəli sürdüyü ittihamlar özünü doğrultmadı: “İndiki mərhələdə bircə onu demək olar ki, ABŞ İraqa girəndə beynəlxalq aləmə o cümlədən BMT-ə elan edirdi ki, guya orada vəziyyət gərgindir və Amerika qoşunlarının ora daxil olması zəruridir, o dövrki vəziyyət demək olar ki, dəyişməyib. Yenə də sabit hökumət yoxdur. Düzdür, İraqda parlament seçkiləri nisbətən sakit və standartlara uyğun keçirildi, amma bu, o demək deyil ki, İraqda tam sabitlik yaranıb. Şübhəsiz ki, bunları İraq xalqı etməlidir, ABŞ qoşunları yüz ildə orada qalsa, bunu həyata keçirdə bilməyəcək. Ona görə də hesab edirəm ki, Amerika qoşunlarının oradan çıxması gecişmiş olsa da, düszün addımdır və ABŞ bundan sonra İraq xalqını tam sərbəst buraxmalıdır ki, özünün hökumətini yaratsınlar və gələcək taleylərini müəyyənləşdirsinlər”.

Düşünürəm ki, qalan qoşun da oradan çıxmalıdır. Mən istəmirəm ki, İraqda yad qoşun olsun. Çünki, İraq böyük dövlətdir və orada qədim xalq yaşayır. Qoy, orada yaşayan xalqlar özləri öz taleylərini müəyyənləşdirsinlər – H.Rüstəmov vurğuladı: “ABŞ İraqda yaşayan xalqlara həqiqi yardım etmək istəyirsə, onları sərbəst buraxmalıdır. Eyni zamanda hesab etmirəm ki, İraqda hərbi təsir aradan qalxıb. İraqın ümumi vəziyyətini nəzərə alsaq, 50 min əsgərlə, 100 min əsgərin o qədər də fərqi yoxdur. 50 min qoşundan 10 dəfə artıq İraqın öz qoşunu, İraq hökuməti özü güclü və xalqın dəstəklədiyi bir rejim hakimiyyət başında olsaydı, demək olardı ki, bu qədər qoşunun orada saxlanılmasının heç bir əhəmiyyəti olmazdı. 50 min yox, ABŞ 10 min qoşun da saxlasa, yenə də İraq onun təsiri altında olacaq”.

Amerika İraqdakı məqsədlərinə nə qədər nail ola bildi – sualına gəldikdə, H.Rüstəmov belə cavab verdi: “ABŞ-ın əsas niyyəti İraqı işğal etmək və neftini nəzarət altına almaq idi. O niyyətlərinə müəyyən mənada çatsa da, bu, Amerikaya asan başa gəlmədi. Çoxlu sayda hərbiçisini itirdi, böyük həcmdə maliyyə itkisi ilə üzləşdi və bu gün də hələ müharibənin nəticələri tam aradan qalxmayıb. ABŞ nəzərdə tutduğu siyasi niyyətlərinə çatdı, ancaq bu, heç də asan başa gəlmədi”.
Əli Mövlud
Source : faktxeber
Comment