0
Wednesday 29 May 2013 - 16:05

Həzrət Xulənin hərəmi qan ağladı + foto

Həzrət Xulənin (as) hərəmində olan möcüzə haqqında araşdırma
Story Code : 268751
Həzrət Xulənin hərəmi qan ağladı + foto
Həzrət Xulənin hərəmi qan ağladı + foto
www.Islam times.org/az/ - Məlumatımıza görə, Livan Hizbullahına yaxın olaraq bilinən Livan qəzeti olan "Əl-Əxbar” maraqlı bir xəbər nəşr etmişdir: Belebek də Hz.Xulənin (sa) məzarının divarında ortaya çıxan qan axıntısı var, hovzeyi elmiyədən və böyük təqlid mərcələrdən yaradılan üç qrup və Seyyidi Şühedanın (ə) qız uşağı olan və Livanın Bələbək şəhərində Hz.Xulə (sa) qəbrində meydana gələn möcüzə olan qəbirinin divarındakı mayenin mahiyyətini araşdırmaq və onu mümkün qədər sürətli bir şəkildə yayınlamaq üçün gəldilər.

Əl- Əxbar qəzetinin jurnalisti olan Rameh Hamiyə bu xəbərinin doğruluğundan əmin olmaq üçün həzrətin hərəmində getmişlər və xəbərin davamla belə deyir: Hz. Xulənin məzarında meydana gələn bu möcüzənin elan edilməsindən sonra başqa şəhərlərdən dəstə-dəstə minlərlə mömin bu möcüzəni görmək üçün bu şəhərə gəldilər və onlardan bəziləri gecəni orda keçirdilər. Bu şəhərə hadisənin hesabatı hazırlanana qədərdə ziyarətçilər gəlməyə davam etdilər.

Əl-Əxbarla edilən söhbətdə bir ziyarətçi belə deyir: “biz bu möcüzənin fotoşəkillərini internetdə və mobil telefonlarda gördük və bunu öz gözlərimizlə görmək üçün bu şəhərə gəldik”.
Bir başqa zəvvar Fatimə Əldirani isə belə deyir: “Peyğəmbər (s) və Əhli-Beytin dostları olan hər mömin bu şəhərə gəldilər və peyğəmbərin qızının uşağını təbərrük etsinlər, mən həyat yoldaşım və beş uşağım Qəsr Nəbə şəhərindən bura bu möcüzəni görmək üçün gəldik və burada onu da qeyd etmək lazımdır ki, İslam dini günahsızları öldürmək və kəsmək deyil deməliyik”.

Bu qəzetin yazısına görə, yaşlı, gənc, qadın, kişi, hətta yaşlı qadınlar bazar günündən etibarən bu günə qədər Hz.Xulənin məzarına axın etdilər bu möcüzəni təbərrük etməklə birlikdə onu öz gözləriylə görmək istədilər və bu hadisənin özləri içində isbat olunmasını istədilər. Hərəmin qızıl və gümüş işləmələrinin ən dar yerləri də qan olmuş, bizimlə qəbir arasından yaşlı bir ağacın olduğu yerə qədər də qan axmışdır.

Əl-Əxbar qəzeti xəbərin davamında belə
yazır: hər ziyarətçi açıq bir şəkildə dəmirləri və daşları örtmüş olan qanı görə bilər və bu hərəmdən gələn tütsü, müşk və ənbər qoxusunu ala bilər.


Livan Hizbullahının alimlərindən olan Hüccətül vəl müslümin Nəsrat Gəşaqeş bu möcüzə haqqında belə deyir: Bəlbək ruhanilerinden Heşam Yezbek şeyxi tərəfindən olan yas məclisi Hz. Xlənin hərəmində ayağa qalxmışdı və rozə oxumaqla məşğul idi ki birdən Hz.Xulənin hərəmindən qan gəlməyə başladı.
Bu möcüzənin əleyhinə xəbərlər meydana yayan vahhabi kanallarının bəzi şübhələrinə cavab verir: bu maddə inadçı qaynaqların iddia etdiyi kimi heç bir şəkildə ənbər və ətir kimi maddələrdən meydana gəlməmişdir.

Din alimi daha sonra dedi ki: Mən Hərəmi ziyarət etməzdən əvvəl şeyx Fuad Debusla əlaqəyə keçdim və o da belə hadisənin olduğunu söylədi və indiyə qədər kimsənin bu maddəni təmizləmədiyini də əlavə etdi. Çünki bu maye daşın və dəmirin içindən gəlmiş və oranın xidmətçisi bu hadisə olmadan əvvəl heç kimin bura bir mayeni tökmədiyini söyləmişdir.
Livan hizbullahının ruhanilerinden olan hüccətül islam şeyx Əli Əlhac Həsən bu şəhərdə belə bir hadisənin baş verməsindən sonra çıxış etdi və onun çıxışı da internetdə var. Şeyx demişdir: bu möcüzə xüsusi bir nöqtəyə aid deyil ki, biz bunu bir adamın bura tökdüyünü söyləyək. Deyə bilərik ki, bu bir möcüzədir və hərəmin müxtəlif yerlərində meydana gəlmişdir həm qəbrin təmiz yerlərində və daş divarlarında.

Bu müqəddəs məkanın livanlı məsul ruhanisi də belə söyləyir, “mən bu hadisənin məlumatını aldıqdan sonra saat 16:30-da güvəndiyim dörd adamı bu hadisəni araşdırmaq üçün oraya göndərdim bir müddətdən sonra onlardan iki nəfər geri gəldi və mənə bu mövzunun doğruluğunu bildirdilər daha sonra da özüm hərəmə getdim və gördüm ki, qan qəbrin üstünə işlənmiş olan gül və yarpaqların arasından gəlir və çölə sızır və maraqlı ola
da bu qanın dəsmal və ya heç bir şeylə təmizlənməməsidir”.

Söhbətinin davamında “mən bu hərəmdə olduqdan sonra bu hadisənin şahidi oldum və burada bir adam rozə oxumaqla məşğul idi. Qəbrə döndü və üç yaşındakı qıza döndü və dedi ki, “dəyərli bibinizin və bacınızın Hərəmi Şamda təhlükə altındadır, əgər siz Həzrət Seyyidi Şühəda (ə) qızısansa buyurun'' dediyi zaman qəbrin divarlarından qan gəlməyə başladı”, bildirdi.

“Yuxarıda meydana gələn möcüzəyə özüm şahid oldum və həzrəti Xulənin hərəmində olan güllərin təxminən bir saat qızıl rəngindən qara rənginə çevrildiyinə şahid oldum”, deyə danışdı.

Əl-Əxbar qəzeti də bu hadisəni təsdiq etdi və qeyd etdi ki:''Hərəmin qübbəsi və minarələri təxminən bir saat qara rənginə çevrildi və daha sonra yavaş-yavaş açıldı və qızıl rənginə döndü və özüm bu möcüzənin videosunu da gördüm''.

Bir şiə alimi Əl-Əxbarla verdiyi müsahibədə deyir ki:''Belə möcüzələr hər yerdə və zamanda meydana gələ bilər çünki Peyğəmbər (s) və onun Əhli-Beytinin kəramət sahibi idilər və bunların olmasına da ehtiyacları olmamasına baxmayaraq. Ancaq onların hədəfləri bizim məhəbbətimizi ona və İmam Hüseyn(ə)ə qarşı daha da çoxalmasıdır. Əlbəttə, möcüzələr olmasa belə bizim Peyğəmbərə (s) və onun kəramətli ailəsinə azalmayacaqdır''.

Şeyx Fuad Debusk: “Bəzi xəbər qaynaqarı Hindistan və Pakistandan gələn zəvvarların hərəmin divarlarına qoxu sürtdüklərini iddia edirlər. Mən bu hadisəni araşdırdım və hərəmin xidmətçilərini sorğu-sual etdim və bu xəbərin düzgünlükdən uzaq olduğunu gördüm və heç bir zəvvarın Hindistandan və Pakistandan da gəlmədiyini gördüm.
O davamında: “Bəzi sosial qruplardakı fərziyyələr də hərəmin evakuasiya edildiyi və hərəmin təhlükəsizlik gücləri tərəfindən sarıldığı kimi bir çox yalan xəbər var. Hərəmin qapıları hər kəsə bu möcüzəni görmək və ziyarət üçün açıqdır”.

Livan Hizbullahından olan hüccətül islam Şəfiq Ceradi də orada belə dedi:
“Mən bu möcüzəni yaxından gördüm və qanın qəbrin divarlarından axdığını özüm müşahidə etdim, zahiordə mömin olan bəziləri bu möcüzəyə şübhə qarışdırmağa çalışdıqları eşidirik və bunların vahhabi olduqları deyilir, inşallah səhv düşünürəm. Bunlar şiələr arasında və möminlərin qəlblərində şübhə oyandırmaq istəyirlər. Bu hadisəni inkar etməmələrini hər kəsdən istəyirəm, heç olmasa bu dini və elmi mərcələr tərəfindən isbat edilənə qədər rədd etməsinlər. Çünki inanc üzərindən belə danışıqların olması faciəyə səbəb olacaq və Axirətlərini də məhv edəcək”.











Source : Islamtimes
Comment