0
Wednesday 22 October 2014 - 14:04

İraq xalq qüvvələri Hacı Qasimin liderliyilə İŞİD-ə qələbə çaldı

Story Code : 415937
İraq xalq qüvvələri Hacı Qasimin liderliyilə İŞİD-ə qələbə çaldı
İraq xalq qüvvələri Hacı Qasimin liderliyilə İŞİD-ə qələbə çaldı
Terrorçu qruplaşmanın özünün mürəkkəb əməliyyatlarını İraqdan başqa yerlərdə keçirməsinin səbəblərindən biri kimi İraq daxilində belə əməliyyatların əbəs olduğu göstərilib.
Nur-az.com-un ShiaOnline-a istinadlı məlumatına əsasən, portal yazır: İraq xalq qüvvələrinin hərbi təlim görmədiklərinə baxmayaraq, onların cihada olan əqidəsi müvvəfəq olmalarına səbəb olmuşdur.
Hazırda İraqın Bədr korpusu İran qüvvələrilə əməkdaşlıq edərək, xalq qüvvələrinin hərbi idarəetməsini nəzarətə götürməyə və onları doğru mövqeyə yönəltməyə nail olublar.
Əgər sözdə “İŞİD əleyhinə koalisiya” hərəkətə keçməsəydi, İraq, Suriya və Hizbullah ordusu, habelə başqa müqavimət qüvvələrinin vəhdətinin şahidi olacağdıq. Bundan bir müddət sonra, İŞİD qruplaşmasının bütün üzvlərinin həlak olduğunu görəcəydik. Amma Amerika və İsrailin regiona ayaq açması nəticəsində İŞİD-in Yaxın Şərqin qərb regionunda irəliləməsinin şahidi olduq.
Hazırda İraq dövləti İŞİD qarşısında çox da narahatlıq keçirmir. Çünki öz arxasında xalq qüvvələri və onları idarə edən fövqəl-adə hərbi müşavirlərdən, o cümlədən General Qasim Süleymani kimi şəxslərdən yararlanır.
Source : Nur.az
Comment