0
Saturday 30 October 2010 - 08:18

Bakıda yəhudilərə yeni sinaqoq inşa olunur

Story Code : 42182
Bakıda yəhudilərə yeni sinaqoq inşa olunur
Bakıda yəhudilərə yeni sinaqoq inşa olunur
sionist rejimin Bakıdakı səfiri Lavon Lotem bu sinaqoqun inşası ilə bağlı keçirilən mərasimdə bu barədə Azərbaycan hökumətinin xüsusi köməklərinə təşəkkürünü bildirib.

Bu sinaqoq 480 kvadratmetr ərazidə Bakının mərkəzində 28 may meydanına yaxın yerdə inşa olunur.

Bu sinaqoqun külüngünün yerə vurulması mərasimində Bakıda Dağ Yəhudiləri İcmasının sədri Simon İxilov, Eşknazi Yəhudilər İcmasının sədri Gennadi Zəlimxanoviç, Gürcü Yəhudiləri İcmasının sədri Abik Çarxoçov, Bakı Katolik kilsəsinin rəhbəri, Rusiya Provaslav kilsəsinin yepiskopu, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dinlər şöbəsinin sədri, Rusiya və Belarusun Bakıdakı səfirləri iştirak ediblər.

Bu sinaqoqun inşası İcra Hakimiyyətinin abadlıq layihəsində Şəmsi Bədəlbəyli məntəqəsində yəhudilərin sinaqoqunun sökülməsi planlaşdırılması bəhanə ilə həyata keçirilir. Lakin indiyədək bu sinaqoq sökülməyib.

Dağ Yəhudiləri İcmasının sədrinin dediyinə görə, bu sinaqoqun inşası işi köhnə sinaqoqun sökülməsindən öncə yekunlaşacaq. Ancaq deyilənlərə görə sionist rejimin səfirliyi icra hakimiyyətinin layihəsinin dəyişdirilməsi və qeyd olunan sinaqoqun sökülməsinin qarşısının alınması istiqamətində çalışır.

Azərbaycan Respublikasının bəzi mətbuatı, o cümlədən Yeni Müsavatın ifşaçılığına əsasən, Bakı İcra Hakimiyyəti gizli bir hərəkətdə Şəmsi Bədəlbəylidə söükləcək mənzillərin hər bir kvadratmetrəsi üçün bu məntəqə yəhudilərinə 4000 manat, ancaq azərilərə təxminən üçdə biri yəni 1500 manat kompensasiya ödəyəcək.

Ekspress qəzeti yeni sayında Bakıda yeni sinaqoqun inşasına toxunaraq yazır: Bu sinaqoqun inşası üçün ayrılan vəsait elan olunmayıb. Lakin ehtimal olunur ki, bu məqsədlə neçə milyon manat vəsait ayrılıb.

Yəhudilərin yeni sinaqoqunun külüngü yerə vurma mərasimi elə bir haldadır ki, yəhudilərin yeni böyük təlim, mədəni və tarixi mərkəzi Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin iştirakı ilə, sionist rejimin başçısı Şimon Peresin video-konfrans müraciəti və bu rejim, ABŞ və Rusiyanın heyətlərinin iştirakı ilə Bakının Xətai rayonunda açıldı.

Yəhudilərin bu böyük mərkəzinin açılmasına görə Azərbaycan Respublikası müsəlmanlarının həssaslığını azaltmaq məqsədilə Azərbaycan Respublikası medialarının bu mərkəzi Kabhad Oravner yəhudi uşaqları üçün məktəb adlandırmalarına baxmayaraq, bu mərkəz 1,5 hektar ərazidə inşa olunub. Məktəbdən əlavə, müxtəlif bölmələrə, o cümlədən yəhudi qövmünün tarixi və mədəniyyətinin öyrənilməsi mərkəzi, informasiya və kompüterlə təchiz olunmuş zal və böyük idman kompleksinə şamildir.

Bu yəhudi mərkəzinin açılış mərasimində Azərbaycan Respublikasının prezidenti İlham Əliyev deyib: Heydər Əliyev Fondu və Oravner fondu dini tolerantlıq layihəsi çərçivəsində bu mərkəzi inşa ediblər və bu mərkəzin inşası dini tolerantlıq üçün yeni simvoldur.

Sionist rejimin başçısı və Qəzzə müharibəsi cinayətkarlarından biri Şimon Peres də video-konfrans vasitəsi ilə yayımlanan açıqlamasında Azərbaycan Respublikasının prezidentinə təşəkkür edib və İlham Əliyevi tarixi bir şəxsiyyət sayaraq bu yəhudi mərkəzinin açılmasını böyük hadisə hesab edib.

Bundan öncə Azərbaycan Respublikasının bəzi mediaları Dağ Yəhudiləri İcmasının sədri Simon İxilova istinadən Bakıda dağ yəhudilərinə sinaqoqun inşası üçün Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin qərarından xəbər veriblər. İki ayın keçməsinə baxmayaraq, SOCAR bu xəbəri təkzib etməyib.

Azərbaycan Respublikasında bir neçə sinaqoqun mövcudluğu və yeni sinaqoqların inşasına heç bir zəruriliyin olmadığına toxunmayan İxilov Bakı hökumətinin neft gəlirlərinə münasibət bildirərək deyib: Bakı hökumətinin sinaqoqun inşası ilə bağlı vəzifəsi neft gəlirlərinin ədalətli şəkildə bölünməsi istiqamətindədir.

Bundan öncə də dini azadlıq siyasəti bəhanəsi ilə Azərbaycan Respublikasında yəhudilərə xüsusi azadlıq verilməsi ardınca, Azərbaycan Respublikası Dağ Yəhudiləri İcmasının sədri Bakı icra hakimi Hacıbala Abutalıbovla görüşdə sinaqoqa çevrilməsi məqsədilə Behbudov Mahnı Teatrı binasının onlara tapşırılmasını istəyib.

Ötən ay da Heydər Əliyev Fondu və sionist Oravner Fondunun rəsmiləri mədəni, səhiyyə, təlim və məkanların təmiri üçün əməkdaşlıqlar adlandırılan 3 illik anlaşma imzaladılar.

Azərbaycan Respublikasında yeni sinaqoqların, yəhudilər üçün "təlim və mədəniyyət" mərkəzlərinin inşası elə bir şəraitdədir ki, ən yüksək statistik göstəricilərdə Azərbaycan Respublikasında dağ, eşknazi və gürcü yəhudilərinin sayı 20 mindən azdır.

Onlarla sionist mərkəzi, o cümlədən yəhudi mədəniyyəti mərkəzi, Alf gənclər klubu, Suxnut Agentliyinin nümayəndəliyi, "Azərbaycan-İsrail" icması, İşva adlanan yəhudilər məktəbləri, JCC adlanan yəhudi icmasının mədəniyyət mərkəzinin nümayəndəliyi, Hilel Gənclər klubu, Mişpaxa klubu, Maşav klubu, Sorosun nümayəndəliyi, Azərbaycan yəhudi qadınların orqanı və Hava "xeyriyyə" mərkəzi və bir neçə sinaqoq Azərbaycan Respublikasında fəaliyyət göstərir.

Ancaq son illər ərzində Təzə Pir məscidindən başqa Bakıda hətta bir məscid də inşa olunmayıb. Bununla yanaşı Azərbaycan Respulikasının Neft Şəhərciyində yerləşən Neft Daşları məscidi, habelə Həzrət Məhəmməd (s.ə.s) məscidi sökülmüşdür. Ancaq Azərbaycan Respublikası əhalisinin 98%-i müsəlmanlar təşkil edirlər.
Source : IRIB
Comment