0
Friday 13 December 2013 - 11:09

Suriya müxalifətinin tərkisilahı və Cenevrə 2 müzakirələri

Story Code : 329763
Suriya müxalifətinin tərkisilahı və Cenevrə 2 müzakirələri
Cenevrə 2 müzakirələrinin keçirilməsi yolunda eniş-yoxuşlardan sonra nəhayət Suriya dövləti və müxalifətinin ölkədəki problemlərin həlli üçün bir araya gəlməsinə qərar verildi. Amma bu danışıqların müvəffəqiyyətlə başa çatması üçün müxaliflərin tərkisilah olunması zəruridir. Cenevrə 2 müzakirələri müxtəlif səbəblərdən təxirə salınırdı. Nəhayət dövlət və müxalifət qəbul etdi ki, 2014-cü il 22 yanvar tarixində bir araya gəlib böhrandan çıxış yolu axtarsınlar.
 
Beynəlxalq çapda müzakirələrin təxirə düşməsinin əsas səbəbi müxaliflərin ilkin şərti idi. Onlar Bəşar Əsədin hakimiyyətdən getməsini şərt qoyurdular. Hansı ki, bu tələb Cenevrə 1 razılaşmasına zidd idi. Cenevrə 1 razılaşması 2012-ci ilin yanvar ayında əldə olunmuşdu. Həmin razılaşmaya əsasən, keçid dövlətinin təşkili nəzərdə tutulurdu. Bəşar Əsədin hakimiyyətdən getməsi ilə bağlı heç bir söhbət yer almamışdı. Həmin razılaşmaya görə dövlət və müxaliflər keçid dövləti yaratmalı idi.
 
Danışıqlara mane olan ikinci səbəb müxalifətin qruplara parçalanmasıdır. Bir qədər öncə özünü Suriya İnqilabı Şurası adlandıran müxalif qrup keçid dövləti yaratdığını bildirdi. Onlar Suriyada hakimiyyəti ələ almaq istədilər. Şərhçilərin fikri bu oldu ki, vəziyyəti gərginləşdirən müxalifətin parçalanmasıdır. Digər tərəfdən bəzi müxalif qruplar keçid dövlətində hakimiyyəti görmək istəmir. Bəzi qruplar isə xarici dövlətlərin layihəsi əsasında yaranacaq dövləti tanımır. 
 
Azad Suriya Ordusunun komandanı Səlim İdris elan etdi ki, Cenevrə 2 danışıqlarında xarici dövlətlərin yox, müxalifətin tanıdığı qruplar iştirak edə bilər. Bütün bu iddialar müxalifət arasındakı ixtilaflardan danışır. 
 
Hər halda müxalifət ilkin şərti geri götürməyə məcbur oldu. Onlar Cenevrə 2 danışıqlarına ilkin şərtsiz gedəcək. Bunun əsas səbəbi hərbi əməliyyatlarda yaşanan məğlubiyyətlərdir. Əl-Qüseyr, Dəməşq, Hələbdə ağır məğlubiyyətlər yaşayan müxalifət ilkin şərt qoymaq iqtidarında deyil. 
 
Son həftələrdə Suriya hökumət ordusunun əməliyyatları güclənib və bir çox ərazilər terrorçulardan təmizlənib. Terror bazaları dağıdılıb, silah anbarları ələ keçirilib. Müxalifəti danışıqlara çəkəcək əsas amil budur. Digər tərəfdən Suriya dövlətinin kimyəvi silahları ləğv etməsi onun etibarını artırıb. Suriya baş naziri bildirib ki, dövlət bütün qruplarla və beynəlxalq təşkilatlarla danışıqlarda öhdəçiliklərinə sadiqdir. Bəşar Əsəd Şpigelə verdiyi müsahibədə bildirib ki, müxaliflərlə danışıqda ilkin şərtimiz onların silahı yerə qoymasıdır.
Comment