0
Wednesday 20 November 2013 - 15:17

Din və siyasət

Story Code : 322850
Din və siyasət
Din və siyasət
Allahın adı ilə

Dövrümüzdə müsəlmanları çətinliyə salan mühüm məsələlərdən biri də din və siyasətin bir-birindən ayrı tutulmasıdır.Cəmiyyətimizdə bu yanlış fikir ilə bağlı problemlərin irəli gəlməsinə baxmayaraq təəssüf ki,bir çox insanlar din və siyasətin ayrı olmasının daha doğru olduğunu düşünürlər.


Düşmən tərəf dinin siyasətdən ayrı olduğunu beynimizə yeridərək bu fikri cəmiyyətimizdə formalaşdırmağa nail olmuşdur.

Qeyd etməliyəm ki, müsəlmanların bilməməzliyindən irəli gələrək bu fikirlə razılaşması, zaman- zaman din düşmənlərinin xeyrinə olub, hökmranlığı ələ keçirərək müsəlmanlara hegemonluq və zülm etməsinə səbəb olan ümdə dəlillərdən ən əsasıdır.Necə ki,hal-hazırda dünya və ölkəmizdə baş verənləri müşahidə etdiyimiz zaman bunun şahidi oluruq.

İslam tarixinə nəzər saldıqda isə görürük ki,İslam dini heç vaxt siyasətdən ayrı olmamışdır. Həzrət Muhəmmədin (s) Məkkədən Mədinəyə hicrətindən sonra ilk gördüyü iş, İslam hökumətini qurmaq olmuşdur.O Həzrət,yaxşı bilirdi ki,peyğəmbərlərin öz ilahi missiyasına(təlim-tərbiyə,ədalət,səadət ,insanın ucalması və s.) çatması hökumət qurmadan mümkün deyildir.Buna əsasən də Peyğəmbər (s) ilk fürsətdə Allahın fərmanı ilə hökumətin sütunlarını qoydu.

O Həzrət,Məkkə və Mədinəlilərdən ibarət ordu təşkil etdi.Bu orduda davamlı olaraq hər kəs (qadınlar,uşaqlar və xəstələri çıxmaq şərti ilə) iştirak etməli idi.Bu sadə və kiçik ordunun silah,minik və azuqə ilə təmin edilməsinin bir qismi camaatın, digər qismi isə İslam hökumətinin öhdəsində idi.Hər nə qədər düşmənlərlə müharibələr artırdısa,bir o qədər də İslam ordusunun təşkilatçılığı daha geniş və münəzzəm olurdu.

Zəkat hökmü nazil olduqdan sonra ilk öncə yoxsulların ehtiyaclarının ödənilməsi və cihad (müharibə) xərclərinin təmin olunması üçün islami xəzinə( beytul mal) təşkil olundu.Ardıcıl olaraq şəriət hökümləri nazil olduqca İslam hökuməti yeni mərhələlərə qədəm qoymağa başladı.

Bu vəziyyət Peyğəmbər(s)ın vəfatından sonra ilk xəlifələrin dövründə, hətta Bəni Abbas və Bəni Üməyyə xəlifələrinin zamanında da öz əksini tapdı.Amma, onlar Allah Rəsulunun xəlifəsi adından istifadə edərək xalqa hökmranlıq etdilər.Baxmayaraq ki, onların hökmranlığı zalımcasına və İslami qanunlar çərçivəsindən kənar idi.

Başqa bir tərəfdən isə Məsum İmamlara (ə) zor tətbiq olunurdu, məsələn: İmam Hüseyn(ə)ın qiyamı,İmam Rza(ə)ın vəliəhdliyi,İmam Kazim (ə)ın zindana atılması,İmam Hadi(ə) və İmam Həsən Əsgəri(ə)ın Samirra şəhərinə sürgün olunmaları, onları, hökumətə zidd ola biləcək qiyamın qorxusundan nəzarət altında saxlamaları və s. Bunlar hamısı bütövlükdə dinin heç zaman siyasətdən ayrı olmadığının nişanələridir.İslami hökumətin qurulması,İslamın ibtidai və əsaslı məsələlərindən biridir.

İran İslam inqilabının banisi mərhum İmam Xomeyni (r) buyurmuşdur ki, İslam dini siyasi bir dindir və onun bir çox dini ayinləri də siyasi rəmz daşıyır.
Araşdırdığımız zaman görürük ki,həqiqətən də İslamın siyasi əhkamı,onun ibadi əhkamından və siyasi kitabları,ibadi olan kitablarından çoxluq təşkil edir. Amma, İslamı siyasət və hökumətdən ayrı bilənlər anlamalıdırlar ki, Qurani- Kərim və Allah rəsulunun sünnətində olan hökumət və siyasət əhkamlarına başqa heç yerdə rast gəlinmir.İslam Peyğəmbəri(s) sair dünya hökumətləri kimi hökumət qurmuşdu. Lakin, ictimai ədalət stimulu ilə.

"Xalqı dərk,siyasət və siyasi rəftardan uzaq olmağa çağıran Amerika sayağı islamdır. Amma İslam, siyasətin əslində dinin ayrılmaz bir hissəsi olduğunu deyir və bütün müsəlmanları siyasi dərk və əmələ dəvət edir. Bu vacib nöqtə, gərək həmişə bütün müsəlmanların zehnində olsun!”( Ayətullah Seyyid Əli Xamenei )
Source : Islamtimes
Comment