0
Friday 18 April 2014 - 15:31

“Türkiyəyə getməyin” xəbərdarlığı etdi!

Story Code : 374556
“Türkiyəyə getməyin” xəbərdarlığı etdi!
“Türkiyəyə getməyin” xəbərdarlığı etdi!
Rum Rəhbərliyi Birləşmiş Millətlər Təşkilatının (BMT) və Avropa Birliyindən (AB) Türkiyəyə müdaxilə etmələrini istədi və vətəndaşlarına Türkiyəyə səyahət etməmək çağırışı etdi.
Rum mətbuatı Türkiyənin yeni elektron viza tətbiqini əslində sözdə “Kipr Respublikası vətəndaşlarına səyahət embarqosu” olaraq görən Rum Rəhbərliyinin iki istiqamətdə hərəkət etdiyini yazdı.

“Türkiyəyə səyahət etməyin” xəbərdarlığı
“Fileleftheros” qəzeti Rum Rəhbərliyinin BMT-dəki və AB-dəki daimi nümayəndələri vasitəsilə bu iki təşkilatı məlumatlandırdığını və məsələyə müdaxilə etmələrini istədiyini ifadə etdi. Qəzet Rum Xarici İşlər Nazirliyinin açıqlama yayaraq Rum vətəndaşlarından bu yeni tətbiq ilə Türkiyəyə səyahət etməmələrini istədiyini qeyd etdi.
Qəzet Türkiyənin 10 aprel etibarilə qüvvəyə qoyduğu yeni tətbiq ilə viza tələb edən ölkələr siyahısında Cənubi Kiprin “Kipr Respublikası” olaraq deyil, Cənubi Kipr Rum Rəhbərliyi adıyla qeyd olunmasınu vurğuladıqdan sonra eyni siyahıda Şimali Kipr Türk Respublikasının KKTC qısaltmasıyla olmasına diqqət çəkdi.
Source : İslamtimes
Comment