0
Saturday 23 August 2014 - 09:27

"Atletiko" İspaniya Superkubokunun qalibi olub

Story Code : 406208
"Atletiko" İspaniya Superkubokunun qalibi olub
APA-nın məlumatına görə, həlledici görüşdə ötən mövsümün ölkə çempionu “Atletiko” klubu “Kral Kuboku”nun qalibi “Real”la  üz-üzə gəlib.
İki Madrid komandaları arasında keçirilən ilk oyunda qalib müəyyənləşməmişdi - 1:1.
İkinci qarşılaşma isə "Atletiko" klubunun  1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu matçın 2-ci dəqiqəsində xorvatiyalı hücumçu Mario Mancukiç vurub.
Beləliklə,  “Atletiko” tarixində ikinci dəfə  İspaniya superkubokunu qazanıb.
Comment