0
Wednesday 16 April 2014 - 14:20

Siyasi analitik: ABŞ demokratiyası dünyanın ən qondarma demokratiyasıdır

Story Code : 374510
Siyasi analitik: ABŞ demokratiyası dünyanın ən qondarma demokratiyasıdır
Siyasi analitik: ABŞ demokratiyası dünyanın ən qondarma demokratiyasıdır
Paul Kreyq Roberts çərşənbə axşamı günü deyib: “Vaşinqton necə iddia edə bilir ki, onun idarə etdiyi ölkə demokratik və azad ölkədir? Bu absurd iddia tarix boyu edilmiş ən əsassız iddiadır.”

Analitik ABŞ hökumətini dünyada ən təhrif edilmiş ölkə olduğunu bildirmiş və demişdir ki, Vaşinqton müstəqil məhkəmə və mediadan məhrum edilib.
Roberts deyib: “Bugünkü Amerika bu cürdür. ABŞ-ın insanlıq tarixində ən böyük tiran dövlətlərdən biri olmasına baxmayaraq Vaşinqton hər yerdə azadlıq və demokratiyadan danışır.”
Analitik həmçinin deyib ki, ABŞ Ukraynada mövcud olan münaqişədən bəhanə kimi istifadə edərək Rusiyaya qarşı müharibə başlatmaq istəyir.
O deyib: “Bu hətta ağılsız insana belə aşkardır ki, Vaşinqtonun məqsədi müharibə başlatmaqdır. Bu səbəbdənmi Vaşinqton NATO qüvvələrini Rusiya sərhədlərinə toplayır və hərbi gəmiləri Qara Dənizə göndərir?”
Roberts deyib ki, ABŞ bütün dünyanı təhlükə altına qoyur.
O deyib ki, hətta Vaşinqtonun Kievdəki marionetləri belə ABŞ mediasının Rusiyanın Ukraynanı işğal etməsi haqqında iddialarına inanmaz.
Bazar ertəsi günü ABŞ prezidenti ilə telefon danışığı aparan Rusiya prezidenti Vladimir Putin deyib ki, Rusiyanın Ukraynaya müdaxiləsi ilə əlaqədar olan məlumatlar qeyri dəqiq məlumatlara əsaslanır.
Qərb dövlətləri və Moskva arasında mövcud olan gərginlik Krım Ukraynadan müstəqillik elan edərək Rusiyaya birləşdikdən sonra daha da artdı.
Source : İslamtimes
Comment