0
Saturday 28 January 2012 - 10:15
Hicab sivilizasiyaların rəmzidir

Hicab İlahi dinlərdə - 1

Story Code : 133616
Hicab İlahi dinlərdə - 1
Hicab İlahi dinlərdə - 1
Islam times.org/az/ - Neçə vaxtlardır müsəlman qadınlarının hicab məsələsi Qərb ölkələrində İslam və Qərb mədəniyyətinin sorumlu məsələsinə çevrilib. Bu yaxınlarda bir sıra Avropa ölkələrində məktəb və ya hökumət idarələrində hicab örtülməsi qadağan edilmişdir.

Qərb qəzetlərində dərc olunan yüzlərlə məqalələrdə hicabı ciddi hədəfə almışlar. Hicab məsələsi İslamın və Qərbin sivilizasiyası səhnəsinin ilk səhnəsi deyildir. Ən azı üç İslam ölkəsində Türkiyə, Əfqanıstan və İranda öz Şərqi sivilizasiyalarından özlərinə aşağılıq və təhqir olunmuş hesab edən bəzi siyasətçilər, bu kimi subyektiv və obyektiv fikrlərinin çıxış yolunu saxta modernizmdə görürlər. Xüsusilə İranda hicab məsələsi ayrıca Pəhləvi və dini qüvvələr arasında bağışlanmaz bir məsələyə çevrilmişdir.

Bundan əvvəl də Məşrutiyyət dövründə bəzi Qərb təmayüllülər İslam dininə mənsub olan bu örtüyə fikri həmlələr etmiş, qadının azadlığını işğal edən bir örtük kimi qələmə vermiş və hicabsız qadının azad qadın olduğunu bildirmişlər. Onlar məqalə və satira həcmində bir çox yazılar çap edərək İslam simvolu kimi tanınan hicabı gözdən salmağa çalışmışlar.

İslamçılar da bunun qarşılığında hicabın zəruriliyi və vacibliyi, hicab barədə şübhələrə cavab adlı onlarla məqalə və yazılar dərc etmişlər. Bugün həmin məsələ Qərbdə təkrar olunmaqdadır. Son ay ərzində İslami hicabın əleyhinə yüksək tirajla Qərb tərəfindən onlarla qəzet və məqalələr çap olnmuşdur.

Bu məqalələrin içindən yalnız noyabr ayında dərc olunan məqaləyə diqqət yetirin. Hollandiyanın azadlıq partiyas
bu ölkədə yaşayan müsəlman qadınların baş örtüyündən istifadə edilməsini qadağan etmişdir. (İqtisadçi qəzeti, daixli ədavət məqaləsi, 23 noyabr 2006) Hicabla insanın ağlı necə işləyir. Hicab qadınların zülm rəmzidir. Almanya müsəlman qadınları hicaba göz yumsunlar. (Tags Saytonq, faktlar və həqiqətlər məqaləsi, 30 oktyabr 1385) Quran müsəlman qadınlara hicabı vacib saymır. (Vaşinqton Tayms, Qərbdə məzhəb artımı, 23 noyabr, 2006) Qadınlara təhmil olunan hicabın keçmiş tarixi vardır. “Hicab dinin və Allahın buyurduğu bir əmrdir” söyləyən İslamçıların bu fikri yeni bir fikirdir.

Leyla Babs öz kitabında sübut etmişdir ki, hicab dinin buyurduğu vacibat deyildir – oki qalsın məzhəbi bir adət sayılsın – heç bir dini kitablarda hətta Quranda, heç bir fiqhi və ya Quran təfsirçisi bu məsələni mənəvi təsvir etməmişdir. – Hicab, cinsi əxlaqdan dini mənəviyyata çevrilən bir məslədir söyləyən fundametalislər dini ört-basdır etmişlər. (Luvtan, Hicab beş min ilin itaəti, 21 noyabr 2006). Bunlar Qərbdə yalnız noyabr ayında dərc edilən məqalələrin nümunələridir.

Qərb ölkələrində hicaba qadağa və bizim demokratiya iddiamız bizlərə Şərq tarixinin rüşvətxor Rza şahını, Mustafa Kamal Atatürkü və Əfqanistan şahı Amanullah xanı xatırladır, Azərbaycanlı Qərb pərəstlərin və Türk millətçilərinin hicaba qarşı olan hücumlarını yenidən yadımıza salır. Fəqət bir fərqi vardır. O da budur ki, keçmişdə hicab əleyhinə təşviqat İslam ölkələrində indi isə Qərb ölkələrində baş verir. Bu da onu göstərir ki, Qərb mədəniyyəti d&uu
l;nənə kimi hücuma məruz qalmışdır. Lakin indi İslam sivilizasiyası Qərbi işğal etmiş və Qərb özünün müdafiəsinə qalxmışdır. Bəlkə də bu gün, hicab məsələsini açıqlayan və izah edən İslamçıların məsuliyyəti ikiqat artmışdır. İslami rəmz kimi tanınan hicaba əgər İslamçılar tərəfindən intellektual dəstək verilməsə yəqin ki, hicab inkişafından qalar və Qərbin hücumları qarşısında naçar geri çəkilərək təslim olar. Buna görə də hicabı izah etmək üçün bir neçə nöqtəni qeyd etmək zəruridir:

1). İslamda hicab qadınlar üçün heç vaxt zülm rəmzi və ya onlara aid icbari olan bir geyim deyildir. Siz İslam qəbul etdiyi mətnlərin heç birində bü cür işarə və təfsirlərə rast gəlməzsiniz. Əksinə hicab qadına verilən önəm və qiymətin rəmzidir; Dini mətnlərin əksəriyyətində hicabı müsəlman qadınlarının ləyaqəti, şərəfi, hörmət və izzəti rəmzi kimi təqdim olunmuşdur.

Maraqlı budur ki, hətta hicab məsələsi yalnız seksual yönümlü məsələ əsasında vacib olmamışdır. Buna görə də şəriət alimləri kişilərə naməhrəm qadınlara baxmağı hara saymışlar; Ancaq müsəlman olmayan, hicabı vacib saymayan və ona səthi yanaşan, özlərinin hörmətini saxlamağı bacarmayan müsəlman qadınlara baxmağı isə icazəli saymışlar. (Ayətullah Xoyi, Minhacus-salehin, c-2, s-259). Bəziləri bu icazənin səbəbini belə izah etmişlər ki, bu cür qadınlar öz heysiyyətlərini qorumurlar. Həmçinin bu səbəbə görə də şəriət alimləri müsəlman və tanış qadının təsvirinə baxmağı belə haram bilmişlər; Lakin öz heysiyyətini və hörmətini qorumayan qadının şəklinə
baxmaq caizdir. (İmam Xomeyni, Təhrirul-vəsilə, c-2, Kitabun-nikah);

2). Şübhəsiz ki, İslam dini qadın və kişilər arasında ailə vəzifələrinin qorunmasına diqqət etmiş və təbiət əsasında hər birinin vəzifəsini müəyyənləşdirmişdir. Başqa sözlə söyləsək qadından qadınlıq vəzifəsini və kişidən isə kişilik xidmətini xahiş etmişdir. Buna görə də İslam geyim və örtünmək məsələsində kişi və qadının hər birindən öz mənliyini hifz etməsini istəmişdir. Əslində İslam dini öz davamçılarına bunu vurğulayır ki, kişi və qadın arasında bəşəri dəyərlərin heç bir fərqi yoxdur. Gərək onların heç biri öz cinsiyyətinə görə aşağılanmamalı və özünə nisbət biganə qalmamalıdır. Bu səbəbə görə də İslam dini qadınlara kişi libasını geyinməsini və kişilərə də qadın libasını geyinməsini haram bilmiş, hətta qadının kişi paltarında kişinin isə qadın paltarında namaz qılmasını batil saymışdır. (Urvətul-vusqa, c-1, fi-şərayitil-musalli, 42-ci məsələ);

3). İslami hicab yəni - üz, biləkdən aşağı əllər və topuqdan aşağı isə ayaqlar istisna olmaqla bədənin bütün yerlərini hətta başin bütün tüklərini örtmək deməkdir. Bu, İslam fiqhinin zəruri qanunlarından biridir; Məzhəbindən aslı olmayaraq bütün İslam alimləri istər şiə olsun və ya istərsə də sünni hicabın vacib bir məsələ olmasına fətva vermişlər. Həmçinin bütün şiə və sünni İslam təfsirçiləri “Nur” surəsinin 31-ci ayəsinin və “Əhzab” surəsinin 59-cu ayəsinin barəsində iki örtük və geyim hökmünün - boğaz və sinəni əhatə edən örtük və baş və sinəni başdan ayağa örtən şal (cəlba
) yaxud çərşab və ya baş örtüyü ilə örtməyin - vacib və zəruri olmasını bildirmişlər. (Alusi, “Ruhul məani təfsiri”, c-22, s-88, və Təbərsi, “Məcməul-bəyan”, c-4, s-369).

İndiyədək heç bir fəqih, şəriət alimi və təfsirçi ya təfsirlərdə və yaxud hicabın luzumsuzluğuna dəlalət eliyən bir qiraətdən söz açmamışlar. Bu, Qərb mediyasının qəribə bir iddiasıdır ki, Qərb qəzetlərinin nəqlinə istinadən verilən məlumata görə İslam hicabı vacib buyurmamışdır. Bunu da əlavə etmək lazımdır ki, İslam dinində mənəvi əməllə fiqhi vacibin arasında heç bir fərq yoxdur. Əgər qiybət etmək, töhmət vurmaq, böhtan atmaq, casusluq və xəyanət eləmək, zina etmək və qəmzə satmaq (aşıkara baxmaq) əxlaq baxımından bəyənilməyən bir iş sayılırsa, fiqhi baxımdan da qadağan və haram olunmuş bir işdir. Buna görə də, Lutan qəzetinin iddiasında “Hicab, cinsi əxlaq sahəsində və dinin əsas prinsiplərındən xaric bir məsələ kimi tərif olunması” məsələsi, müəllifin İslam dinindən heç bir anlayışının və məlumatının olmadığına dəlalət edir.

Sözün açığı çox təəccüblüdür! Qərb ailə həyatında qarşılıqlı hörmətin pozulması və ailənin dağılması məsələlərində hansı faydaları əldə etmişdir ki, indi də bu acı təcrübəyə təkid və münasibət bildirir?! Sosial Tədqiqatlar İnstitutunun (O.N.S.) son siyahiyaalınmasına əsasən Avropada dünyaya gələn hər üç uşaqdan biri qanunsuz dünyaya göz açır. Görəsən bu qədər əsl və nəsəbi məlum olmayan və məcburi və sevgisiz yaxınlıqla dünyaya gələn insanlarla dolu olan bu Avropanın gələcəyi necə olacaq?

Görəsən yaxın gələcəkdə Avropada genetik və dönüşüm deyişiklik baş verməyəcək? Əlbəttə Avropa cəmiyyətinin buna başqa bir cavabı onun İslama tərəf üz gətirməsi ilə nəticələnəcək. Keçən il İslam dinini qəbul etmiş 10 min İtalyanlı qadın müsəlmanlarla ailə həyatı qurmuşdur. Onlardan bunun səbəbi soruşulduqda, hamısı bir neçə eyni cavabı vermışlər: Gənc müsəlman öz həyat yoldaşını müqəddəs bir şey kimi qoruyur – Müsəlmanlar, ər-arvadlığa daha çox riayət edirlər – Müsəlmanlar öz məhəbbət və eşqlərində daha çox sadiqdirlər – İslami olan bu ailədə daha çox rahatlıq hakimiyyət sürür – Bu evlilikdə həyat və eşqin mənası yenidən tapılmışdır və ....

ardı var ......

Təhqiqatçı : Ruhullah Hüseynyan
Tərcümə edən :  Əli Həsənzadə
İSLAMTİMES
Source : islamtimes
Comment