0
Saturday 12 April 2014 - 07:00

Moskva terrorçulara silah-sursat yardımının dayandırılmasını tələb edib

Story Code : 372540
Moskva terrorçulara silah-sursat yardımının dayandırılmasını tələb edib
Moskva terrorçulara silah-sursat yardımının dayandırılmasını tələb edib
Bəyanatda həmçinin Suriyanın şəhər və yaşayış ərazilərinin tez-tez xaricdən dəstək alan silahlı terrorçuların hücumlarına məruz qalmasına və Dəməşq, Hələb, Homs və İdlibdə xeyli sayda qadın və uşaqlar da daxil olmaqla dinc insanların həlak olmasına toxunulmuşdur.

Bəyanatda deyilir: “Rusiya Suriyada mövcud olan terrorizmin bütün formalarına qarşı mübarizənin aparılmasına və terrorçulara dəstəyin dayandırılmasına təkid edir.”

Bəyanatda həmçinin terrorçuların keşiş Frans van der Laugtu qətlə yetirmələri də tənqid edilib.

Çərşənbə günü Homsda baş verən iki terror hücumu nəticəsində uşaq və qadınlar da daxil olmaqla 25 vətəndaş həlak olmuş və böyük maddi ziyan ilə yanaşı 107 nəfər isə yaralanmışdır.

2011-ci ilin mart ayından etibarən Suriya münaqişə içərisindədir. Xaricdən dəstək alan silahlı üsyançı və yaraqlılar münaqişə zamanı ordu və təhlükəsizlik qüvvələri də daxil olmaqla xeyli sayda dinc insanı qətlə yetiriblər.

Məlumat və faktlara əsasən Qərb dövlətləri və onların regional müttəfiqləri olan Qətər, Səudiyyə Ərəbistanı və Türkiyə Suriya prezidenti Bəşər Əsəd hökumətinə qarşı döyüşən üsyançılara dəstək verirlər.
Source : İslamtimes
Comment