0
Friday 18 April 2014 - 15:05

Zina leqallaşıb QMİ

Story Code : 374539
Zina leqallaşıb QMİ
Zina leqallaşıb QMİ
Bu günlərdə “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi ətrafında mübahisələr yenidən meydana gəldi. Həmin qanuna görə həm də cinsi hüceyrənin donorluğunun leqallaşması nəzərdə tutulur ki, Qafqaz Müsəlmanları İdarəsi də buna etiraz etdiyi bildirilir. Lakin Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli və bir çox başqa deputatlar belə fikirləşir ki, bu qanun layihəsindəki həmin bənd yer almasa Azərbaycan qınaq obyektinə çevriləcək. Hadı Rəcəblinin rəhbərlik etdiyi komitədə yer alan deputat Musa Quliyev elə belə də deyib ki, cinsi hüceyrənin donorluğu leqallaşmaması Azərbaycanın qınaq obyektinə çevirəcək. Onu da deyək ki, qanun artıq qəbul olunub. Bəs bu qanun layihəsində dindarları qane etməyən nədir? Məsələ burasındadır ki, QMİ və ümumiyyətlə dindar insanlar şəriətə istinad edərək belə bir fikir səsləndirir ki, cinsi hüceyrənin donorluğunun leqallaşması zinanın leqallaşması deməkdir. Yəni həmin qanundakı müddəanın adının necə ifadə olunmasından aslı olmayaraq, məqsədin və niyyətin nə olduğundan aslı olmayaraq həmin qanunun verdiyi imkanlardan irəli gələn hərəkətlər zina deməkdir, qanuni olduğu üçün də zinanın leqallaşması deməkdir. Bu mübahisədə bir neçə məqam təhlil olunduqda görürük ki, Milli Məclisin deputatları ya açıq aşkar fitnə ilə məşğul olurlar, ya da hansısa beynəlxalq təşkilatlar qarşısında öhdəlik götürüblər ki, Azərbaycanda zina leqallaşsın. Həqiqətdə deputatların zinanı qanuniləşdirməsində qeyri adi bir şey görünmür, çünki bu gün hakimiyyətdə olan əliyev rejiminin törətdiyi fitnə fəsadın fonunda bu qanun layihəsi sadəcə olaraq adi bir şeydir. Elə bu səbəbdən də QMİ-in mübahisə açıması nə deputatlar üçün nə də ekspertlər üçün anlaşılan deyil. Ona görə anlaşılan deyil ki, bu gün Azərbaycanda saysız hesabsız otellər, restoranlar, kafelər var ki, qeyri qanuni olsa da fahişəxana xidməti göstərir, burda aşağı qiymətdən tutumuş ta gecəsi 6000-8000 manata qədər xidmət göstərən fahişələr var, ara sıra onları hüquq mühafizə orqanları aşkarlayıb ləğv edir. Lakin bu günə qədər nə QMİ, nə də ruhani dairələri bu əxlaqsızlıq yuvaları ilə bağlı bir etiraz etdiklərini görməmişik, bununla bağlı hər hansı bir kampaniya keçirdiklərinə şahid olmamışıq. Ona görə yox ki, belə şeylərə normal baxırlar, xeyir, əksinə, dindarlar şəriətin, milli mənəvi dəyərlərin mühafizəkarlarıdır, onların etiraz etməmələrinin səbəbi onunla bağlıdır ki, bu icmanın başını daha vacib, ağrılı problemlərlə hakimiyyət qarışdırır, bir də həm bu dairələrdə həm də cəmiyyətdə belə fikir formalaşıb ki, belə əxlaqsızlıq yuvalarının hamısı məmurlara aiddir. Əlbəttə bu haqlı bir qənaətdir, Azərbaycanda olan bütün otellərin hamısı yüksək vəzifəli məmurların birbaşa və ya dolayısı ilə nəzarətindədir. Sözsüz ki, əxlaqsızlıq yuvalarından başqa da əliyev rejiminin min cür fitnələri var, ən böyüyü də hicab qadağası, ancaq biz bu vaxta qədər hələ görmədik ki, QMİ hicabla bağlı hakimiyyətdən nəsə tələb etsin və ya hicab qadağasını mübahisələndirsin.
Source : İslamtimes
Comment