0
Wednesday 3 September 2014 - 13:32

NATO Çexiyada irimiqyaslı təlimlərə başlayır

Story Code : 408036
NATO Çexiyada irimiqyaslı təlimlərə başlayır
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə təlimlər qərargahının rəsmi nümayəndəsi Maqdalena Dvorjakova bildirib.
Təlimlərdə Çexiyanın 1100 hərbçisindən başqa Belçika, Böyük Britaniya, Macarıstan, Almaniya, Hollandiya, Danimarka, Litva, Latviya, Slovakiya, ABŞ və Estoniyadan gəlmiş 300 hərbçi iştirak edəcək.  
Təlimlərdə 30-dək döyüş təyyarəsi və helikopteri, 50 ədəd döyüş və köməkçi texnika istifadə etmək nəzərdə tutulub. Hava texnikasının uçuşları səhər saat 9-dan 23-dək ölkənin mərkəzi və şərqi hissəsindəki hərbi poliqonların üzərində baş tutacaq.
Comment