0
Thursday 24 July 2014 - 11:47

Sionist rejimin cinayətlərinin yeganə əlacı bu rejimin məhv olmasıdır

Story Code : 401231
Sionist rejimin cinayətlərinin yeganə əlacı bu rejimin məhv olmasıdır
Sionist rejimin cinayətlərinin yeganə əlacı bu rejimin məhv olmasıdır
İRNA-nın Böyük İnqilab Rəhbərinin ofisinə istinadən verdiyi məlumata əssən, Həzrət Ayətullah Əl-üzma Xamenei dünən (çərşənbə 23 iyul) İranın ali təlim mərkəzləri və universitet tələbələrini qəbulu zamanı, tələbələr ictimaiyyətinin qayəsi,tələbatı və görüşlərini açıqlayaraq, son Qəzzə cinayətlərinin amilləri və onun köklərinə aydınlıq gətiriblər.

İniqilab Rəhbəri Sionist rejimin Qəzzə əhalisinə qaşrı törətdiyi cinayətlərə toxunaraq buyurublar: Bu kimi təsəvvür olunmaz cinayətlər, uşaq öldürən və qurdsifət bir rejimin zatı həqiqətini üzə çıxarır ki, onun yeganə əlacı belə bir rejimin məhv olmasıdır. Əlbəttə o zamanadək, fəlsətinlilərin kəskin və silahlı müqaviməti və onun qərb sahilinə doğru genişlnməsi, bu vəhşi rejimin cinayətləri ilə qarşılaşmanın yoludur.

İran İslam İnqialbının Böyük Rəhbəri əlavə olaraq buyurublar: Qəzzənin məzlum xalqının başına gələn müsibətlər, açıq kobudluq və dəmir yumuruq siyasətinin eyni simasıdır ki qeyri-legitim və qondarma rejim öz 66 illik ömründə, dəfələrlə tam fəxr və kobudluqla onu icra edib.

Həzrət Ayətullah Əl-üzma Xamenei İslam İnqialbının banisi Həzrət İmam Xomeyni (rə)-ın "İsrail gərək məhv olsun" – deyə buyurduqları cümləyə toxunaraq təkid ediblər: Əlbəttə İsrailn məhv olması bu məntəqədəki yəhud xalqının məhv olması mənasını daşmır bəlkə bu iş üçün məntiq və lazımı üsullar mövcuddur ki, İran İslam Respublikası onu beynəlxalq ictmaiyyətə təqdim edib.

Böyük Rəhbər buyurublar: Həmin Çərçivəyə əsasən, bu bölgədə yaşayan xalqlar, bu məntəqənin sakindirlər və oraya aiddirlər və onların bir referendum keçirərək öz hökumətlərini seçməsi ilə qəsbkar və qondarma rejim məhv olacaqdır.

Həzrət Ayətullah əl-üzma Xamenei Sioinstlərin atəşkəsin bərqərar olunması üçün cəhdlərinə toxunaraq açıqlayıblar: Bəşərin təsəvvür və təfəkküründən xaric həddə cinayət edən bir rejimin, fələstinlilərin güclü müqavimətləri nəticəsində çarəsi kəsilib və çıxış yolu ardıncadır və bu isə göstərir ki, Sionitlər yalnız zor və güc dilini anlayırlar.

Böyük Rəhbər Qəzzə xalqına siyasi dəstəyin verilməsini müsəlman və qeyri-müsəlman xalqların borcu hesab edərək təkid ediblər: İnşallah Ümumdünya Qüds günündə, dünya İran xalqının əzəmtli daşıb – coşacağını görəcəklər və İan xalqı göstərəcək ki, fələstini dəstəkləmək motivi bu islam ölkəsində qüclü və köklüdür.

İslam İnqilabının Böyük Rəhbəri Amerika başda olmaqla müstəmləkəçi qüvvələrin Sionist rejimin vəsf edilməz cinayətlərinə dəstək verdiklərini tənqid edərək buyurublar: Bir neçə qərb hökumətləri, o cümlədən Amerika və xəbis İngiltərə adi insan belə qəbul edə bilməyən cinayətləri açıq-aşkar müdafiə edirlər və Amerika prezidenti məsxərə bir məntiqə əsaslanaraq deyir ki, İsrail özünü müdafiə etməkdə haqlıdır.

İslam İnqilabının Böyük Rəhbər açıqlayıblar: Müstəmləkəçilərin Qəzzə xalqına edilən zülmlər qarşısındakı rəftarları, onların insan haqqına və insanlığa mütləq heç bir inamlarının olmadığını sübuta yetirir və onlar azadlıq və insan haqları barədə ifadələri azadlıq və insan haqqını lağa qoymaqdır.

Həzrət Ayətullah ül-Üzma Xamenei çıxışının digər hissəsində İranda anti-qərb və anti-amerika baxışını " təcrübəyə və düzgün hesablamaya əsaslanan ağıllı " bir hərəkət adlandıraraq təkid ediblər: 1921-ci il fevral ayı Rzaşah Pəhləvini hakimiyyətə gətirmək, İkinci Dünya Müharibəsində İranı işğal etmək,İranın neft gəlirlərini qarət etmək, 1953-cü milad ili 19 avqust çevrilişi (28 mordad 1332-ci günəş ili), İran kralı Məhəmmədrzadan hərtərəfli himayə etmək, İnqilabın qələbəsini əngəlləmək, Səddam rejimindən hərətərəfli hiamyənin edilməsi və onlarla digər fitnələr, həmin qiymətli təcrübələrdən ibarətdir ki, İran xalqının ABŞ-a münasibətini reallaşdırır.
Source : İrib
Comment