0
Saturday 19 April 2014 - 12:40

Seksual cihad!

Story Code : 374566
Seksual cihad!
Bir vaxtlar xarici mətbuatda və sosial şəbəkələrdə Suriyada döyüşən və Şimali Qafqazdan olan vəhabilərin yaydığı məlumatlarda deyilirdi ki, Suriyada döyüşən vəhabilər üçün “Cihad əl-nikah” xidmətinin göstərilməsi üçün fədəkar qadınlar cihada dəvətlidir. Bu cür xəbərlər yayılanda gərgin müzakirələrə, şəbədələrə səbəb oldu, müzakirələrdə iştirak edənlər belə çağrışları lağa qoyur və bunun dinə ləkə olduğunu qeyd edirdilər. Lakin sonrakı müzakirələr, aparılan təbliğatdan belə çıxdı ki, sələfilər bu cür çağrışlarında ciddi imiş. İndi belə bir xidmətə sosial şəbəkə istifadəçiləri arasında sesksul cihad və ya seks cihadı adı verildi. Azərbaycandan da Suriyaya döyüşmək üçün gedənlərin olduğunu hamı bilir, onların arasında qadınların olduğunu da bilməyən yəqin yoxdur. Lakin bu günlərdə məlum oldu ki, azərbaycanlı xanımları aldadıb Suriyaya seksual cihada cəlb edən sələfilər də varmış. Bununla bağlı bu günlərdə Sumqayıt Şəhər Polis İdarəsindən mətbuata məlumat verilib. Polis idarəsindən həmin qadınların kimliyi barədə təfsilatlı məlumat verilməsə də belə faktların həqiqiliyinin rəsmi təsdiqini artıq demək olar. Sələfilərin baxışlarını və mücadiləsini nəzərə alsaq burda qeyri adi bir şey yoxdur, hətta cəmiyyət azərbaycanlıların vəhabiliyi qəbul edib Suriyaya döyüşmək üçün getmələrini də anlaya bilir, lakin xanımların Suriyaya gedib vəhabilərə seksual xidmət göstərməsi, bunun da adına cihad deməsini təsəvvür edə bilmir. Di gəl sələfilərin Azərbaycana gətirdiyi fitnələr zaman zaman cəmiyyət üçün adətkərdə olur. O da var ki, son zamanlar hakimiyyət vəhabilərə qarşı artıq əməli tədbirlər görməyə başlayıb, ona görə düşünmək olar ki, sələfilərin bundan sonra əli qolunun bağlanmasına şahidlik edəcəyik, ancaq yenə də baxaq, zaman özü göstərəcək.
Source : İslamtimes
Comment