0
Monday 14 April 2014 - 14:49

Araşdırma: Səudiyyə Ərəbistanı Yaxın Şərqin ən böyük silah alıcısıdır

Story Code : 373080
Araşdırma: Səudiyyə Ərəbistanı Yaxın Şərqin ən böyük silah alıcısıdır
Araşdırma: Səudiyyə Ərəbistanı Yaxın Şərqin ən böyük silah alıcısıdır
Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnistitutu bazar ertəsi günü hesabat dərc edərək deyib ki, Səudiyyə Ərəbistanı 2013-cü ildə silah-sursata 67 milyard dollar xərcləyib və bu da 2012-ci illə müqayisədə 14 faiz çoxluq təşkil edir.

Rəqəmlərə əsasən Səudiyyə rejiminin büdcəsi Britaniya, Yaponiya və Fransadan sonra dünyada dördüncü yerdə durur.

Bu araşdırma Səudiyyə rejiminin Yaxın Şərqdə mövcud olan münaqişələrdə, məxsusən də Suriya prezidenti Bəşər Əsəd hökumətinə qarşı döyüşən ekstremist üsyançıları dəstəkləməkdə və Bəhreyn rejiminə dinc yönümlü demokratik etirazçıların yatırılmasına kömək etdiyi bir vaxt təşkil edildi.

Hesabatda həmçinin deyilir ki, ümumilikdə Yaxın Şərqdə keçən il ilə müqayisədə hərbi xərclər dörd faiz artaraq təxminən 150 milyard dollar olub və Bəhreyn də həmçinin hərbi silah sursat sərf etdiyi xərcləri 26 fazi artırıb.

2013-cü ildə bütün dünyanın hərbi xərcləri 1.7 trilyon dollar təşkil edir və bu da 2012-ci il ilə müqayisədə 1.9 faiz azalma deməkdir və bunun da əsas səbəbi ABŞ və Avropanın hərbi xərclərini azaltmasından irəli gəlir.

ABŞ dünya hərbi xərclərinin 37 faizini əhatə edir və bu səbəbdən də ABŞ 640 milyard dollar ilə dünyanın ən böyük hərbi xərcləri olan dövlət hesab edilir.
Çin də öz hərbi xərclərini 7.4 fazi, təxminən 188 milyard dollar artıraraq dünyada ikinci yerdə qərarlaşır. Ancaq Rusiyanın hərbi xərclərində isə beş faiz artım müşahidə edilir.
Source : İslamtimes
Comment