0
Thursday 23 October 2014 - 14:33

Mosul dəhşətləri: İŞİD-çilər bir-bir evləri gəzir

Story Code : 416082
Mosul dəhşətləri: İŞİD-çilər bir-bir evləri gəzir
Feysbuk sosial şəbəkəsində “Mosul Eye” səhifəsində paylaşılan məlumatlara istinad edən dərgi sakinlərin Mosuldakı həyatı kabus adlandırdığını qeyd edib.
 
Səhifədə paylaşılan məlumatlar bir çox məqamlara aydınlıq gətirib:
 
“Su gün ərzində iki dəfə verilir. Burada həyat cəhənnəmdir. Şəhərdə elektrik yoxdur. Neft məhsullarının qiyməti gün-gündən artır. İşsizlik baş alıb gedir. İnsanlar yeməyə heç nə tapmır. Terrorçular dərman satışını qadağan edib. Bütün dərman anbarları yalnız yaralanan terrorçulara xidmət edir”.
 
Sosial şəbəkədə paylaşılan məlumatlara görə, İŞİD terrorçuları Mosulda istədikləri evi özününküləşdirir:
 
“Terrorçular istədikləri evi ələ keçirir. Məktəblərə demək olar ki, şagirdlər getmir. Ən böyük zərəri isə Mosul qadınları görür... Qadınlar qorxularından evdən çıxa bilmirlər. Buna baxmayaraq, terrorçular bir-bir evləri axtarır”.
 
Qeyd edək ki, həmin səhifədə özünü professor olaraq təqdim edən qadın şəhərdəki durumu izah edib:
 
“Mən İngiltərədə yaşayıb təhsil almışam. Dünyəvi, liberal, vətəndaş cəmiyyəti görmüşəm. Nəfəs aldığım müddətdə evimi tərk etməyəcəyəm. İyunun 10-dan bu günə kimi evdən çölə çıxmamışam”. /axar/
Comment