İşğalçı İsrailin bombardmanı nəticəsində 30 fələstinli şəhid olub
Story Code : 402087
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, işğalçı İsrail ordusu hücum əməliyyatlarından imtina edəcəyini açıqlasa da, həmişəki kimi sözünə əməl etməyib və Qəzzanı yenidən bombalayıb. Son bombardmandan sonra Qəzzada ölən fələstinlilərin sayı 1100 nəfərə çatıb. Ölənlərin əksəriyyəti körpə və qadınlardır.