0
Sunday 27 February 2011 - 20:57

Yəhya Səfəvi “IslamTimes”-a eksklüziv müsahibə verdi

Story Code : 56675
Yəhya Səfəvi ilə eksklüziv müsahibə
Yəhya Səfəvi ilə eksklüziv müsahibə
“IslamTimes”-in verdiyi məlumata əsasən, Orta Şərqdə baş vermiş son hadisələr mühüm və həlledici rola malik regionda siyasi dəyişikliklərə səbəb olmuşdur. Xalqın qiyamına şahid olmuş ölkələrdə ötən illərin şəraitinə nəzər saldıqda görürük ki, hökumətlər müştərək olaraq Amerika və sionist rejimin siyasətlərini izləyiblər.
Bu əsasla, xalq qiyamlarının bir səbəbi də Amerika imperializminə və onlardan asılı hökumətlərə qarşı qiyamdır. Bu məqsəd üzərində qeyd edilən məmləkətlərin xalqları canlarını fəda edərək dəyişikliyə səy göstərirlər.
“IslamTimes”-ın uyğun mövzu ilə bağlı İslam İnqilabı Rəhbəri Seyid Əli Xameneinin baş müşaviri Seyid Yəhya Səfəvi ilə müsahibəsini təqdim edirik:

IslamTimes: Cənab
Səfəvi, siz “İslam dünyasının vəhdəti; gələcəyin siması” adlı kitabınızda İslam dünyasında vəhdət yaradılması üçün müxtəlif yollar təklif etmisiniz. Bu planların həyata keçirilməsi üçün hansı işlər görülməli və hansı addımlar atılmalıdır?


Rəhman və Rəhim Allahın adı ilə
“Mən “IslamTimes”-a son zamanlar baş vermiş qarışıq hadisələrdə sayıq addım atdığı üçün təşəkkür edirəm. Sizin bu fəaliyyətləriniz İslam dünyasında vəhdət yaradılması üçün mühüm fəaliyyətlərdəndir.
Müsəlman xalqların da Misir inqilabını, Afrikanın şimalında, Orta Şərqdə baş vermiş inqilabları dəstəkləyərək himayə etməsi vəhdətin yaranması üçün lazım olan
əsas amillərdəndir.
Əgər sadə dillə danışmalı olsam, deməliyəm ki, İslam dünyasında vəhdətin yaranması üçün müsəlman xalqlar birinci addımda Misir inqilabını dəstəkləməlidirlər. Bu dəstək təkcə Misir inqilabı deyil, Liviya, Yəmən, Bəhreyn inqilablarına da şamil edilməlidir.
Bu məsələ ilə bağlı ikinci addım Amerika və sionizmə qarşı çıxmaqdır. Bəzilərində “Amerika və sionizmlə hansı vasitə ilə mübarizə aparaq?” sualı yarana bilər.

Cavabda deməliyik ki, müsəlmanlar bütün vasitələrdən istifadə edərək bu iki rejimə müxalif olmalıdır. Amerika istehsalı olan malları almamaqla, iş yerlərində, internet səhifələrində Amerikanın Misir xalqının taleyi ilə bağlı müdaxilələrinə etiraz etməklə mübarizə aparmalıyıq. Bu
müdaxilələrə misal olaraq Amerikanın Misirdə məxməri inqilaba nail olmaq planlarını qeyd edə bilərik. 

Üçüncü addım sionizmə qarşı çıxaraq, məzlum Fələstin xalqını dəstəkləməkdir.
Əgər hər müsəlman ayda təkcə bir dollar Qəzzə xalqına yardım edərsə, bu məntəqə əhalisinin bir çox problemləri həll olar.
Hazırda Rəfəh sərhəd-keçid məntəqəsi açılıb və elə düşünürəm ki, bu tezliklə də qapadılmayacaq. Bu fürsətdən istifadə edərək Qəzzə xalqına yardım göstərmək olar.
Beləliklə, üçüncü mərhələ 4 il mühasirə altında yaşamış məzlum Qəzzə xalqına yardım göstərərək onları dəstəkləməkdən ibarətdir. 

Davamı var...

"IslamTimes" - Tərcümə şöbəsi

Comment