0
1
comments
Tuesday 13 November 2012 - 16:57

Cənubi qafqaz konfederasiyası olmayacaq

Story Code : 211557
Cənubi qafqaz konfederasiyası olmayacaq
Cənubi qafqaz konfederasiyası olmayacaq
Islam times.org/az/ - Rusiya cənubi qafqaz siyasətində köhnə oyunu yenə təkrarlayır, onların oyununun mahiyyəti isə “özüm istəmirəm, başqasına vermirəm” məntiqinə əsaslanır.

Mətbuatda xəbəriniz var ki, Avstraliya verdiyi cavab notasında Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyi qeyd edilir və bu mövqeyin dəyişmədiyini bəyan edir. Notanı XİN-nin məsulları sona qədər oxumağa macal tapmamış Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin Qarabağ mövzusunda yenə köhnə havanı səsləndirib. Guya ki, hər şey iki ölkə arasında baş verir və ortalıqda da Dağlıq Qarabağ icması var, hansı ki, Dağlıq Qarabağda erməniləri Rusiya özü gətirib bizə “paz” edib.

Səfir Doroxin əvvəl deyir ki, Ermənistanın Dağlıq Qarabağda hava limanı bərpa etməsi danışıqlar prossesinə böyük zərbədir. Ancaq məlumatlı olan hər kəs yaxşı bilir ki, Rusiyanın icazəsi olmadan nəinki hava limanı Ermənistan prezidenti tualetə belə getmir, bundan başqa hava limanının bərpasında əsas dəstəyi elə Rusiya şirkətləri və siyasi dəstəyi Rusiya hakimiyyəti verib. Ancaq Azərbaycan hakimiyyətinin xarici siyasətdə, beynəlxalq aləmdə nüfuzunun gücləndyini, söz sahibi olduğunu görən Rusiya buna laqeyid qala bilməz, rəsmi Moskva İlham Əliyevin nüfuzunu artmasını dəstəyinin çoxaldığını görüb həm təşfişə düşür həm də tədbiri əldən vermir.

Ona görə səfir Doroxinin sözünün ikinci başı bu mənanı veriri ki, Azərbaycan hakimiyyəti Dağlıq Qarabağda hava limanı açılsa belə gərək mülki təyyarələri vurmasın yoxsa bu müharibənin başlanması demək olar. Guya ki, hazırda sülh var, müharibə getmir, səngərdə azərbaycanlı əsgərlər erməni snayperləri tərəfindən şəhadətə yetirilmir.

Mətbutdan sizə də məlumdur ki, general Nikolay Bordyuja tez tez Yerevana səfər edib Sarkisyana dəstək nümayiş etdirir, Azərbaycanı təhdid edir.

Azərbaycanlılar çox yaxşı xatırlayır ki, general Bordyuja dəfələrlə verdiyi açıqlamalarında bildirib ki, Azərbaycanın Dağlıq Qarabağda hərbi əməliyyatlar aparacağı təqdirdə Kollektiv Təhlükəsizlik müqaviləsi Təşkilatı buna sakit qalmayacaq və Ermənistanın müdafiəsi üçün tədbirlər görəcək.

Daha maraqlısı isə bu yaxnılarda etibarlı mənbələrdən əldə etdiyimiz bir məlumata görə Rusiya 2013-cü ildə Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bir təkliflər çıxış etmək niyyətindədir.

Daha doğrusu bu təklif təkcə Dağlıq Qarabağı yox cənubi qafqazda digər münaqişə ocaqlarını da əhatə edir. Belə ki, rəsmi Moskva cənubi qafqaz konfederasiyası kimi bir birlik təklif etmək istəyir ki, burda da Qarabağdan başqa cənubi Osetiya və Abxaziya məsələsinin həlli tapılsın.

Bu plan Putinlə Sarkisyan arasında cəmi bir dəfə müzakirə olunub ancaq hələlik mətbuata heç bir açıqlamalar verilməyib. Bu plandan digər siyasi liderlərin də xəbəri var və məlumata görə prezident İlham Əliyev bu planı birmənalı şəkildə rədd edərək Azərbaycanın ərazi bütövlüyündə heç bir güzəştə getməyəcəyini bildirib.

İSLAMTİMES - ELVİN CAVADOV
Source : İslamtimes
Comment


Sweden
Haz13 Ufuk e7ok gfczel Boşnak bf6reği ve kf6fteleri var ama ben malesef ymrlkeeein lezzetiyle başbaşa kalınca onları fotoğraflama ie7gfcdfcmfc tamamen kaybettim. Bir dahaki sefere artık…