0
Saturday 25 October 2014 - 04:39
Natonun Rusiyadakı nümayəndəsi:

“Amerika Birləşmiş Ştatlarının İraqdakı əməliyyatları bir səhv idi”

Story Code : 416399
“Amerika Birləşmiş Ştatlarının İraqdakı əməliyyatları bir səhv idi”
NATO-nun Rusiya Federasiyasındakı İnformasiya Ofisinin direktoru Robert Pişel bu gün, 25 Oktyabr, 2014 tarixdə Rusiyanın “Kommersant FM " radio stansiyasına verdiyi açıqlamada bildirib: “Amerika Birləşmiş Ştatlarının İraqda həyata keçirtdiyi hərbi əməliyyatlar bir səhv idi”.

NATO-nun Rusiya Federasiyasındakı İnformasiya Ofisinin direktoru R. Pişel daha sonra Şimali Atlantika Alyansının dəstəyi ilə keçirilən hərbi əməliyyatlara başlamazdan oncə bu haqda müzakirələrin aparlmamasına işarə edərək deyib: "Səhvlərə yol verilir, ən yaxşı təşkilatlar və ən maraqlı ölkələr səhv edir. Amma başa düşürsünüz səhv etməyənlər isə heç bir söz demir. Bilirsiniz, bu həm də bir vəzifə və məsuliyyətdir. Belə bir məsələ ilə razılaşmaq olarmı yoxs olmaz.

Eyni zamanda, o bildirib ki, İraqda hərbi əməliyyatlarara başlamazdan öncə Şimali Atlantika Alyansı bu haqda əgər müzakirələr aparsaydı daha məlumatlar və ölçülmüş qərarlar qəbul etmək olardı.

Xatırladaq ki, İraqda müharibə 2003-cü ilin yazında, Amerika Birləşmiş Ştatlar və onun müttəfiqləri tərəfindən “İraqa Azadlıq" adı ilə başladı. ABŞ və müttəfiqləri sabiq diktator Səddam Hüseyn rejimini devirmək məqsədi ilə onu bynəlxalq terror təşkilatlarla əlaqədə olmaqda və kimyəvi silahlar əldə etməkdə günahlandıraraq rəsmən İraqı işğal etdilər.
Source : Abna
Comment