0
Sunday 26 October 2014 - 14:26

Qasim Süleymani Curf əs-Səxəri azad etdi

Story Code : 416567
  • Seyid Məhəmməd Təbatəbai, General Süleymani və Hadi əl-Amiri - See more at: http://www.nur-az.com/az/articles/view/798/10/Qasim-S%C3%BCleymani-Curf-%C9%99s-S%C9%99x%C9%99ri-azad-etdi-Fotolar#sthash.y5h3TZLn.dpuf

    Seyid Məhəmməd Təbatəbai, General Süleymani və Hadi əl-Amiri - See more at: http://www.nur-az.com/az/articles/view/798/10/Qasim-S%C3%BCleymani-Curf-%C9%99s-S%C9%99x%C9%99ri-azad-etdi-Fotolar#sthash.y5h3TZLn.dpuf

  • Əsaib əhlul-həqqin baş katibinin müavini Seyid Məhəmməd Təbatəbai və General Süleymani - See more at: http://www.nur-az.com/az/articles/view/798/10/Qasim-S%C3%BCleymani-Curf-%C9%99s-S%C9%99x%C9%99ri-azad-etdi-Fotolar#sthash.y5h3TZLn.dpuf

    Əsaib əhlul-həqqin baş katibinin müavini Seyid Məhəmməd Təbatəbai və General Süleymani - See more at: http://www.nur-az.com/az/articles/view/798/10/Qasim-S%C3%BCleymani-Curf-%C9%99s-S%C9%99x%C9%99ri-azad-etdi-Fotolar#sthash.y5h3TZLn.dpuf

  • General Süleymani və “Tiyar ər-Rəsali” taborlarının komandiri Şeyx Ədnan əş-Şəhmani - See more at: http://www.nur-az.com/az/articles/view/798/10/Qasim-S%C3%BCleymani-Curf-%C9%99s-S%C9%99x%C9%99ri-azad-etdi-Fotolar#sthash.y5h3TZLn.dpuf

    General Süleymani və “Tiyar ər-Rəsali” taborlarının komandiri Şeyx Ədnan əş-Şəhmani - See more at: http://www.nur-az.com/az/articles/view/798/10/Qasim-S%C3%BCleymani-Curf-%C9%99s-S%C9%99x%C9%99ri-azad-etdi-Fotolar#sthash.y5h3TZLn.dpuf

İraq ordusu xalq qüvvələrinin yardımı ilə özünün böyük bir əməliyyatı ilə Curf əs-Səxər şəhərini və onun ətrafını terrorçulardan tamamilə təmizlədi. İraq və Şamda İSRAİL Dövləti (İŞİD) terror qruplaşmasının bayrağını bütün binaların üzərindən çıxardılar.
“Aşura” adı verilən bu əməliyyatda sözdə “İŞİD əleyhinə koalisiya qüvvələri”ndən yardım alınmayıb. Əməliyyat nəticəsində təqribən 200 nəfər İŞİD üzvü öldürüldü və 60-dan çoxu yaralandı. Beləcə Babil əyalətinin strateji və mühüm regionu olan Curf əs-Səxər azad edildi.
Hazırda ön cəbhədə olan İran İslam Respublikasının İslam İnqilabı Keşikçilər Korpusu “SEPAH”ın Qüds briqadasının komandiri General Hacı Qasim Süleymani Curf əs-Səxər şəhərində də görünüb.
Bu fotolarda Hacı Qasim İraqın Bədr korpusunun rəisi Hadi əl-Amiri, “Əsaib əhlul-həqq” briqadasının baş katibinin müavini Höccətül-İslam Seyid Məhəmməd Təbatəbai və “Tiyar ər-Rəsali” taborlarının komandiri Şeyx Ədnan əş-Şəhmani ilə birlikdə görünür.
Bu böyük qələbədə “Əsaib əhlul-həqq”in əvəzolunmaz rolu olmuşdur. Onlar əməliyyata “Əbu Kövsərin qanının intiqamı” adını verərək başladılar və müvəffəqiyyətlə sona çatdırdılar.
Bağdadın cənubunda yerləşən Curf əs-Səxər şəhəri İraq dövləti və ölkənin təhlükəsizlik qüvvələri üçün strateji əhəmiyyətə malik idi. Xüsusilə bu ayda yüz minlərlə İmam Hüseyn (ə) əzadarı cənub əyalətlərinə, xüsusilə Kərbəlaya yollanacaqlar.
İŞİD terror qruplaşmasının lideri Əbubəkr əl-Bəğdadi audio müraciətində bu məntəqədə ağır məğlubiyyətə uğradığını bildirdi və buna səbəb kimi öz qüvvələrinin İraq silahlı qüvvələri qarşısında müqavimət göstərmədiyini bildirmişdir.
İraqın baş naziri Heydər əl-İbadi də Curf əs-Səxərin azad edilməsi münasibətilə əhalini təbrik edərək dedi: Curf əs-Səxər rayonunun azad edilməsi gələcək qələbələr üçün stimul yaradacaq və İŞİD terrorçularının əlində olan başqa şəhərlərin də azad ediləcəyinə səbəb olacaq.
Source : Nur.az,Abna
Comment