0
Sunday 6 November 2011 - 18:34

Yaxın şərqdə dəyişiklik

Story Code : 112103
Yaxın şərqdə dəyişiklik
Yaxın şərqdə dəyişiklik
Islam times.org/az/ - Oktybrın 6-də Fransa prezidenti Sarkozinin Cənubi Qafqaza səfəri keçmışdı . Səfərin görünən tərəfi Fransanın region ölkələri ilə münasibətlərinin inkişafı və münaqişə ocaqlarının müzakirəsi dursa da Sarkozinin hədəfi ayrı ola bilər.

Rus siyasətçisi Natalya Naroçnitskayanın bölgədə Türkiyənin nüfuzunun artması, ABŞ üçün bu Ölkənin əhəmiyyətinin daha da böyüməsi ilə nəticələnəcək. Buna görə Avropa, xüsusilə də Fransa və Almaniya bundan narahat olmaya bilməzlər. Bəs Türkiyə indi daha çox hansı istiqamətdə siyasikursu fəallaşdırıb ?

Göründüyü kimi düyada Türkiyənin dindar hakimiyyəti kimi tanınan AKP hakimiyyəti yaxın şərqdə sələflərindən fərqli bir siyasi kurs yürütməkdədir. Ekspertlərin fikrincə burda dindən başqa amillər də mövcuddur.

Bir neçə il əvvəl Ərəb ölkələrinin əhalisinin rifah səviyyəsini İsraillə müqayisə etmək mümkün deyildisə indi vəziyyət ayrıdır. Artıq ərəb ölkələrinin bəzilərində rifah yüksəlişi, müasir tipli cəmiyyətlərin formalaşması, qərb təhsili almış gənclər toplumunun meydana gəlməsi dünya mediasında “ərəb baharı” adlnan proses üçün katalizator rolunu oynadı.

Sözsüz heç bir ərəb ölkəsi avroölkələrlə müqayisə oluna bilməz, amma bu gün artıq Türkiyə üçün onlar həm daha asan əl çatan həm də müxtəlif aspektlər baxımından yaxın olduğundan münbit bazar qismində çıxış edə bilirlər. Buna görən və “Avropanın İslam siması” adlanan Türkiyə özü üçün bir fürsət bilib ərəb camiəsində nüfuz qazanıb bu bazarı əldən vermək istəmədi.

2009-ci ildə Davos forumunda Ərdoğanın Pereslə məhşur qalmaqallı dialoqu, ərəb toplumuna ildırım sürətilə daxil olan və geniş müzakirələrə səbəb olan, Türkiyənin regionda nüfuzunu birə yüz artıran hadisə oldu. Hər kəs AKP hakimiyyətinin sələflərindən fərqli olaraq yaxın şərq siyasətində dəyişiklik etmək iqtidarında və iddiasında olduğunu görməyə başladı.

Bəzi politoloqlar isə Türkiyənin ərəb coğrafiyasında nüfuz artımına hesablanmış siyasətindən danışan zaman vurğunu obyektiv iqtisadi əsaslandırmaya söykənməsində görür. Yəni qərb texnologiyası ilə təchiz olunmuş Türk sənayesi possoevt məkanda rəqabətə davamlılığını təsdiqlədiyi halda ərəb dünyasında daha asan uğurlara imza ata biləcəyini görməmək mümkün deyildi.

Sadəcə bu AKP hakimiyyətinin dövrünə təsadüf etdiyi üçün buna bir din donu geyindirildiyi vurğulanır. Zənnimcə bu yanaşma bir qədər qüsurludur. Çünki əgər AKP hakimiyyəti İmam Hüseyn məktəbinin Şücaət nümunəsindən davranış cəsiyyəsini öyrənməsəydi o da sələfləri kimi ABŞ-ın və İsrailin tam diqtəsi altında olardı. Buna sübut kimi AB-ni misal göstərmək olar.

Avropa bütün iqtisadi və texnoloji göstəricilərinə görə Türkiyəni geridə qoyur, amma İmam Hüseyn məktəbi ilə lazımi səviyyədə tanış olmadığından bu gün də sionist cütlüyünün diktəsi altında qeyri azad durumda yaşayır. Vəyaxud Səudiyyə Ərəbistan müsəlman və zəngin ölkə deyilmi ? Amma İmam Hüseyn məktəbindən uzaq düşdüyündən (öz günahları üzündən) sionist cütlüyünün bir nömrəli (Avropadan da müti) quluna çevrilib.

Türkiyənin İranla qonşu olmasını nəzərə alsaq, AKP hakimiyyətinin siyasi kursunda bu Şücaətə gəlişi üçün bələdçisinin kim olması sualının cavabını axtarmağa gərək qalmaz. Ona görə İsrailin üzünə duran Türkiyə iqtisadi imkanlarından istifadə edib ərəb ölkələrində sənayesini, xidmət sferasını və inşaat sektorunu qurması və ən əsası da bu ölkələrə mal və xidmətlərini ixrac etməsi məntiqi bir davamiyyətdir.

Türkiyənin bu addımları ABŞ və Avropanı da yaxın şərq siyasətinə fərqli bir bucaqdan baxmağa vadar edir. Artıq Avropanın yaxın şərq siyasətində bəzi məqamlarda ABŞ-la razılaşmaması Ağ evin əvvəlki kimi təpki göstərməsinə gətirib çıxarmır.

Artıq ABŞ “İsrail hər nə istəsə razıyam” formulundan əl çəkərək, sionist rejiminin şikayətlərinə cavabını dəyişib, region dövlətləri, xüsusilə də Türkiyə ilə razılığı əldə etməyə çalışmağı tövsiyyə edir. Əvvəllər isə İsrailin hər istəyinə görə Türkiyəyə təzyiq edirdi. Yəni indi ABŞ İsrailə görə Türkiyəni itirməyə qəti razı olmadığını sionistlərə açıq deyir.

Ərəb baharından sonra Türkiyə regionda özünün nümunəvi dövlət rolunu oynaya biləcəyini, ABŞ və Avropanın üsyançılara açıq dəstəyini gördükdə burda da doğru möqeyini sərgiləməkdə gecikmədi.

Təhrir hadisləri zamanı Ərdoğanın Mübarəkin hakimiyyətdən getməsinin vacibliyini vurğulamaqla qərbin Türkiyə üçün verdiyi proqnozları alt üst etmiş oldu və yenə də regionda qərblə ciddi siyasi rəqabətə hazır olduğunu göstərdi.

Suriya məsələsində də Türkiyə çətin vəziyyətə düşə bilərdi. Ərdoğanın Əsədlə isti sıx münasibətini bilən qərb Suriya diktatorunun Türkiyədən dəstək ala biləcəyini gözləyirdi. Amma Ərdoğan görəndə ki, Əsəd uşaqlar, qadınlar da daxil olmaqla on minlərlə öz xalqını qətlə yetirir, bu şəxsi münasibətləri dəfn etməyə qərar verdi və yenə də doğru addım atmış oldu.

Təkcə bölgə xalqları arasında deyil, dünyada nüfuzunu bir qədər də artırmış oldu. Diqqət edin SSRİ-nin varisi, nüvə klubunun üzvü, yer kürrəsinin ən böyük dövləti kimi Rusiya hələ bu yaxınlara qədər Əsədlə münasibəti saxlamağa üstünlük verirdisə, indi artıq rəsmi Moskva da, gec də olsa Suriya diktatorunun ümidsiz partnyor olmasını anladı və ona qarşı mövqeyini dəyişmək məcburiyyətində qaldı.

Dünyada bir geosiyasi dəyişilikləri müşahidə etməkdəyik. Bu dəyişiliklər fonunda İslam dünyası daha qabarıq görünməklə, pat çoxluğuna sahibdir. Amma bütün bu proseslər bir günə meydana gəlmədi, bir günə baş vermədi.

Qeyd olunan dəyişiliklərin əsasını 1979-cu ildə baş verən İslam İnqilabı nəticəsində qurulan Iran İslam Respublikasının dünyaya gətirdiyi yeni bir baxış qoydu. Daha doğrusu bu baxış var idi, amma unudulduğu üçün dünya üçün yeni göründü. İslam Respublikasının siyasəti, dünyadakı oturuşmuş amma məzlumların mənafeyinə cavab verməyən formulu dəyişilməsinə səbəb oldu. Bu da yaxın şərqdə dəyişikliyi şərtləndirdi.

İslamtimes - Julian Assange
wikileaks.az@mail.ru

Source : islamtimes
Comment