0
Sunday 4 December 2011 - 16:04

Sovetlərin edə bilmədiyini bunlar etmək istəyir

Story Code : 119722
Sovetlərin edə bilmədiyini bunlar etmək istəyir
Sovetlərin edə bilmədiyini bunlar etmək istəyir
Islam times.org/az/ - Axşam Kəpəz Tv-yə baxdıqdan sonra bu yazını yazmasam vicdanım rahatlıq tapmazdı.Yazdığım sözlərdə qüsurlarım ola bilər amma bildiyim tək şey odur ki,bunlar həqiqətdir. Məhz mənim həmin vaxt tək buna qüdrətim çatdı.

Azərbaycan telekanalizasiyalarına baxmaq əsəblərimə mənfi təsir göstərəcəyindən çoxdandır baxmırdım,lakin təsadüfmü deyim, gözəgörünməz zərurətmi gözüm şəxsiyətini tanımadığım (tanımamağımın səbəbi o şəxslərin şəxsiyətini umumiyyətlə olmamasıdır) bir neçə şəxsin dəyrimi masa ətrafında Gəncədə illərdi yaşanan xalqın mənəvi dəyərini öldürməyə cəhd edənlərə özlərinəməxsus tərzdə haqq donu geyindirməsinə çalışdı.

Boğazlarına xalta taxmış ziyalı fason görkəm alan bir ne&c
edil;ə şəxs, əyninə dindar maskası geymiş bir axund və heç bir islami görünüşə uyğun olmayan, soyuq fəsildə çılpaq halda efirə çixmış bir qadın islamdan xalqa dərs verirdi.

Son günlər mətbuat səhifələrindən də məlum olduğu kimi Gəncədə və Gəncəbasar ərazisində yerləşən rayonlarda islamçılar Tasua və Aşura günü ilə bağlı sıxışdırılırlar.Lakin bayraqları və dini şuarlar yazılan plokatlar əlindən alınmış, təhdid olunmuş Göy-göl rayon didarları,Samux rayon dindarları, Şəmkir və digər rayonların dindarları heç bir təhdid və hədələrə əhəmiyyət verməyərək məhz o yürüşlərdə iştirak edəcəklərini bildirməsi zamanəsinin Əhli-beyt (ə) düşmənlərini qorxuya salıb.

O səbəbdəndir ki,islamdan
heç bir xəbəri olmayan, şəriətdən heç bir anlayışı olmayan İmam Hüseyn (ə) məktəbini zərrəcə olsa belə dərk etməyən etsə belə təhlükə kimi hiss edən şəxslər efirə çıxıb bu müqəddəs günü özlərinəməxsus naqisliklə təhlil etməyə çalışırlar.

Bizə məlum olan budur ki,bunların yeganə məqsədi min dörd yüz ildir,diri saxlanılmış İmam Hüseyn (ə) məktəbinin,Aşuranın tarixin dərinliyinə gömülməsinə cəhd etməsidir.Lakin qurumuş başları dərk etmir ki,heç bir gücün belə bir bacarığı yoxdur.Bunu tək mən yox ağlı və təfəkkürü olan,özünü dərk edən hər kəs bilir ki bunların yeganə məqsədi budur.Bunun üçün elə gülünc və heç bir elmi məntiqə sığmayan arqumentlər gətirirdilər ki
gözlərimə və qulaqlarıma nifrətlə yanaşırdım.

Xəstələrin evdə yatmasını, məktəbli uşaqların bu səsləri eşidib dərk etməməsini, havanın soyuq olmasının yürüşdəkilərin səhətinə pis təsir edəcəyini və s. biabırçı əsaslarla bu mərasimin keçirilməməsinin “vacibliyini”vurğulayırdılar.Daha dərk etmir ki, Ay yazıq bu səsdən xəstə şəfa tapır. Sən qanmırsan.Uşağın ruhu gücə gəlir. Sən qanmırsan.Hava soyuqdur deyən qadına isə bir sual vermək lazımdır.Hanı əyninin paltarı?Bəyəm soyuq deyil? (hələ ədəbsizlik deyil? sualı da vermək olardı, amma dərk edəsi ağlı yoxdur) Dəyrimi masada bundanda məntiqsiz və gülünc mülahizələr oldu lakin onları yazıb onlara cavab verəsi qədər gözlərimizi yormaq istəmirəm.

Bir
eyi düşünmək lazımdır.Yuxarıda da qeyd etdiyim kimi bunların yeganə məqsədi müqəddəs dəyərlərimizi əlimizdən almaqdır.Bunun üçün bütün bildikləri şər əməlləri həyata keçirməyə çalışacaqlar.Hətta ictimayətin adından çıxış edərək güya “bu mərasimlər içtimayi qınağa çevrilib ”donu geyindirləcək lakin bu əsla belə deyil.

Bu yürüşlərin Gəncə və digər bölgələrin əhalisi tərəfindən illərdir izdihamlı şəkildə və heç bir asaişi pozmadan keçirməsinin hər kəs əyani şahididir.Bu bizim babalardan qalan bir irsdir ki, Aşuradan bir gün öncə Tasuada insanların İmama öz məhəbbətini izhar etmək üçün piyada, səliqəli şəkildə novhə və rozə söyləyərək İmamzadə Şahzadə İbrahimi ziyarətə gedirlər. Bu ənənələr sovetlər dönəmində bir çox qadağalara rəğmən keçirilmiş və babalarımızdan bizə irs qalmışdır.

Bizdə bu irsi qoruyaraq gələcək nəsillərə ötürməliyik.Çünki bu yürüşlər yaşadıqca İmam Hüseyn (ə) məktəbi yaşayır.Bu məktəb yaşadıqca xalqın vətən,torpaq sevgisi, haqq və ədalət uğurunda mübarizə ruhu daim yaşayır.Bu məktəbi aradan aparmaq istəyənlərin hədəfi, xalqın mübarizə ruhunu və əzmini qırmaqdı. Lakin bunlar unudublar ki, Peyğəmbəri Əkrəm (s) buyurub: Möminlərin qəlbində İmam Hüseyn (ə)-ın qətlinə görə elə bir hərarət vardır ki, heç vaxt o hərarət soyumaz.Müsəlman xalqımız hər zaman öz dininə məsləkinə sadiq çıxıb yaşadıb və yaşadacaqda.

İslamtimes - Muhemmedli Sadiq
Source : islamtimes
Comment