0
Monday 5 December 2011 - 19:44

ABŞ İraqdan çıxmağa məcburdur

Story Code : 119969
ABŞ İraqdan çıxmağa məcburdur
ABŞ İraqdan çıxmağa məcburdur
Amerikalı rəsminin bəyanatı Ağ Evin İraqda məğlubiyyətinin ən aşkar təsdiqidir. Amerikalılar bu ölkədə uzun müddət qalmaq istəsələr də şəraitin diktəsi altında İraqı tərk etməli oldular.

Cümə günü ABŞ ordusu Bağdad yaxınlığındakı Viktori hərbi bazasını İraq ordusuna təhvil vermişdir. Bu baza Amerikanın İraqdakı ən mühüm bazası sayılırdı. ABŞ ordusunun İraqdakı sözçüsü hərbi bazanın təhvil verilməsi ilə bağlı cəmi bircə cümlə işlədib: Biz bir kağız imzalayıb İraq tərəfinə verdik və heç bir mərasim keçirilmədi. Bu bəyanat ABŞ-ın İraqdan
ikrahla çıxmasının dəlilidir.

Bağdad yaxınlığındakı Viktori hərbi bazasında 100 mindən artıq hərbçi yerləşdirilmişdi.

Amerika ordusunun sözçüsü ABŞ hərbi təlimatçılarının İraqda qaldığını inkar edərək deyib: Amerika kapitalisyon prinsipinə əməl olunmadan heç bir ölkədə hərbi qüvvə saxlamır. İraq tərəfi bu prinsipə zidd olduğundan təlimatçıların İraqda olması nəzərdə tutulmayıb.

Bağdad-Vaşinqton təhlükəsizlik müqaviləsinə uyğun olaraq ABŞ ordusu cari ilin sonunadək, yəni bir aydan az müddətdə bütün qüvvələrini İraqdan çıxarmalıdır.
Amerika çox çalışdı ki, hərbi qüvvələrin bir hissəsini İraqda saxlasın. Amma İraq dövləti bunu rədd etdi, xüsusi ilə kapitalisyon qanununun qəbul edilməməsi planları pozdu.

Amerikanın İraqdan çıxmağa məcbur olması Vaşinqton üçün böyük məğlubiyyət sayılır. Ağ Ev İraqı işğal etməmişdi ki, bugünkü vəziyyətdə oranı tərk etsin.

9 il əvvəl İraqa təcavüz edən Vaşinqton yaxın və uzaq məqsədlərə malik idi.

Bu məqsədlərdən biri Qərb dövlətlərinin də dəstək verdiyi neft mənbələrinə nəzarət idi. Amma İraq dövləti Vaşinqtonun diktələrinə
tabe olmadı. Ümumi bir dəyərləndirmədə aydın olur ki, ABŞ heç bir məqsədinə tam nail olmayıb. İraqda hakimiyyət başına gələn dövlət Amerika ilə həmkarlığa məcbur olsa da, onun fərqli münasibətləri olduğu göz önündədir. Bugünkü Bağdad hökuməti ABŞ ordusunu işğalçı sayır. İraq dövləti istəsə belə Ağ Evin siyasətlərinə tabe ola bilməz. Çünki İraq cəmiyyəti, xüsusi ilə dini rəhbərlər dövlətə bu imkanı vermir. İraq dövləti yaxşı başa düşür ki, Amerikaya hər hansı güzəşt onlar üçün istefa deməkdir.

Amerika
İraqda olduğu 9 ildə ardıcıl şəkildə bu gerçəklə üzbəüz dayanıb. Ötən 9 ildə İraq xalqı, ruhaniyyət və mərceiyyət Amerikanın hər bir layihəsinə ciddi müqavimət göstərib. Bu yanaşma sonda ABŞ ordusunun İraqı tərk etməsi ilə nəticələndi.

Bir nöqtəyə də nəzər salmalıyıq ki, ABŞ qüvvələrinin İraqdan çıxması müəyyən razılaşmalarla şərtlənməyib. Vaşinqton istənilən bir bəhanə ilə İraqın işlərinə qarışmaqda israrlıdır. Bu məqsədlə də ABŞ ən böyük səfirliyini İraqda açıb. Diplomat adı altında minlərlə amerikalı bu səfirlikdə ABŞ-ın
mənafelərini həyata keçirəcək.

Belə bir məlumat da var ki, ABŞ İraq ərazisinda bir neçə kiçik baza saxlamaqda israrlıdır. Bəhanə qonşuların müdaxilələrinə cavab verməkdir.

Amma bir həqiqət var ki, gec-tez ABŞ qüvvələri İraqı tərk edəcək. Bu çağırılmamış qonaqlara İraq cəmiyyətində yer yoxdur.

İraq xalqı da regionun başqa xalqları kimi biganələrin təcavüzünə məruz qalıb. ABŞ komandanlığı etiraf edib ki, İraq xalqından heç vaxt xoş üz görməyiblər və bundan sonra görməyəcəklər.

IslamTimes - Tərcümə şöbəsi
Related Stories
Comment